Accessibility links

Qazaxıstan AZAL-ın qəzaya uğrayan təyyarəsi barədə araşdırmanın ilkin nəticələrinin yanvarın sonunadək açıqlanacağını bildirib


“Qazaxısyan qanunvericiliyinin tələblərinə və ICAO-nun 13 nömrəli əlavəsinin tələblərinə uyğun olaraq Azərbaycan Hava Yollarına məxsus təyyarənin Aktauda qəzaya uğraması ilə bağlı araşdırmanın ilkin nəticələri qəzanın baş verdiyi tarixdən 30 gün sonra dərc olunacaq”.

Bu barədə Qazaxıstan Nəqliyyat Nazirliyinin mətbuat xidməti bu ölkənin medasının sualına cavabda bilidirb.

“Bu günə qədər bütün səlahiyyətli beynəlxalq ekspertlərin iştirakı ilə qəza ilə bağlı araşdırmalar davam etdirilir. Təyyarə qəzasının səbəbləri ilə bağlı ilkin hesabat 2025-ci il yanvarın sonunda dərc olunacaq. Ümumilikdə komissiya 12 ay ərzində araşdırmanı başa çatdırmağı planlaşdırır. Mütəxəssislər qrupu hər gün işləyir”, mətbuat xidməti qeyd edib.

Braziliyanın “oglobo.globo.com” saytının yanvarın 4-də verdiyi məlumatına görə, Braziliyada Qazaxıstanın Aktau şəhəri yaxınlığında dekabrın 25-də məcburi eniş edərkən qəzaya uğramış “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin qara qutularının tədqiqinə başlanılıb.

Məlumatda deyilir ki, hələlik tədqiqatın nə vaxt başa çatacağı məlum deyil.

“Bununla yanaşı, Braziliya Hərbi Hava Qüvvələri tədqiqatın ən qısa zamanda başa çatacağına ümid etdiyini bildirib. Materialı Braziliyadan olan üç müstəntiq, audioyazıların transkripsiyasına nəzarət edən Azərbaycan və Rusiya agentləri ilə birgə təhlil edir. Tədqiqatla bağlı son məlumat qəzanın təhlili və təhqiqatına cavabdeh olan Qazaxıstan Aviasiya Qəzalarının Təhqiqat İdarəsinə göndəriləcək və qəza ilə bağlı Yekun Hesabat dərc olunacaq”, nəşr bildirir.

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Qroznıya uçan “Embraer” təyyarəsi Aktau hava limanından 3 kilometr aralıda məcburi eniş etmək istəyərkən qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.

Qəzanın təhqiqatına ICAO Konvensiyasına (Çikaqo Konvensiyası) uyğun olaraq hadisənin baş verdiyi ölkə olaraq Qazaxıstan rəhbərlik edir. İşdə Azərbaycan, Rusiya mütəxəssisləri, beynəlxalq ekspertlər və “Embraer” şirkətinin nümayəndələri iştirak edirlər. Qara qutular beynəlxalq ekspertlərin iştirakı ilə götürülüb.

Azərbaycan KİV-ləri, həmçinin Euronews və Reuters telekanalları ilkin olaraq təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması barədə məlumatlar yayıb.

Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, bir daha həlak olanların ailələrinə dərin və səmimi başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında Azərbaycanın mülki təyyarəsi xarici təsirdən zədələnib və idarəetməni praktiki olaraq itirib. Onun sözlərinə görə, təyyarə elektron müdafiə sistemi vasitəsi ilə idarəolunmaz hala salınıb.

Bundan başqa, Azərbaycan prezidenti yerli mediaya müsahibəsində Rusiyaya qarşı üç tələb irəli sürüb.

"Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalı, cinayət məsuliyyətinə cəlb etməli və Azərbaycan dövlətinə, xəsarət alan sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödəməlidir".

Əliyev qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin ondan üzr istəyəndə birinci tələb “artıq yerinə yetirilib”.

Azərbaycan prezidentinin Rusiyaya qarşı irəli sürdüyü ikinci və üçüncü tələblə bağlı Rusiya tərəfi hələ rəsmi məlumat yaymayıb.

Bununla yanaşı, Rusiya İstintaq Komitəsi təyyarə qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263 (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlayıb. Azərbaycan Baş Prokurorluğunun iki əməkdaşı Qroznıdadır, orada Rusiya Baş Prokurorluğunun və İstintaq Komitəsinin nümayəndələri ilə birgə ibtidai istintaq hərəkətləri aparırlar.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış.Trampın andiçmə mərasimi soyuq hava səbəbindən qapalı yerdə keçiriləcək
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Baydenin Amerika xalqına vida müraciəti. Azərbaycan-Rusiya münasibətləri.
please wait

No media source currently available

0:00 0:30:10 0:00
XS
SM
MD
LG