Accessibility links

Qazaxıstan prezidenti: Azərbaycanın qəzaya uğrayan təyyarəsinin qara qutusunun Braziliyaya göndərilməsi yeganə düzgün qərardır


Kasım-Jomart Tokayev və İlham Əliyev.
Kasım-Jomart Tokayev və İlham Əliyev.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Ana dili qəzetinə müsahibəsində 2024-cü il dekabrın 25-də Aktau hava limanından 3 kilometr aralıda AZAL-ın “Embraer” təyyarəsinin qəzası ilə bağlı danışıb.

Prezident Qazaxıstan xilasedicilərinə insanların həyatını xilas etdiklərinə görə təşəkkürünü bildirib.

“Təyyarə Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. 6-sı ölkə vətəndaşı olmaqla 38 nəfər həlak olub. Ağır yaralananlar olub. Bu anda hər saniyə qiymətlidir. Xilasedicilər, həkimlər və hüquq-mühafizə orqanlarının əməkdaşları çevik və ahəngdar hərəkət etmiş, yüksək peşəkarlıq və vətəndaş məsuliyyəti nümayiş etdirmişlər. Yaxınlıqdakı Mangistau regional elektrik şəbəkəsi şirkətinin işçiləri dərhal köməyə gəliblər. Yaralıların xilas edilməsində məhəllə sakinləri də iştirak edib. Vətəndaşlarımızın fədakarlığı sayəsində mümkün qədər çox insanın həyatını xilas etdik. Xilasetmə işlərində iştirak edən hər kəsə səmimi təşəkkürümü bildirirəm. Qazax xalqının təbii fəlakət qurbanlarına rəğbəti və istəyi vətəndaşlarımızın qan verməyə tələsməsində aydın görünürdü”, prezident qeyd edib.

Tokayev bildirib ki, təyyarə qəzasının səbəblərini müəyyən etmək üçün hökumət komissiyası yaradılıb.

“Eyni zamanda 17 beynəlxalq ekspert dəvət olunub. Onun tərkibinə Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İCAO) və Dövlətlərarası Aviasiya Komitəsinin ekspertləri daxildir. Hökumət komissiyası təyyarəni hazırlayan ölkə olan Braziliyaya bütün məlumatları özündə əks etdirən xüsusi qurğunu göndərmək qərarına gəlib. Əminəm ki, bu addım istintaqın obyektiv və qərəzsiz aparılması üçün zəruri olan yeganə düzgün qərardır”, o qeyd edib.

2024-cü il dekabrın 25-də “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakıdan Qroznıya uçan “Embraer” təyyarəsi Aktau hava limanından 3 kilometr aralıda məcburi eniş etmək istəyərkən qəzaya uğrayıb. Qəzaya uğrayan təyyarədə 67 nəfər - 62 sərnişin, 5 ekipaj üzvü olub. Onlardan 38 nəfər ölüb, 29 nəfər sağ qalıb. Sərnişinlər arasında 37 Azərbaycan vətəndaşı olub, onlardan 23-ü ölüb, 14-ü sağ qalıb. Qırğızıstandan üç sərnişin olub, hamısı sağ qalıb. 16 Rusiya vətəndaşı olub, onlardan 7-i ölüb, 9-u sağ qalıb. 6 sərnişin Qazaxıstandan olub, hamısı ölüb. Təyyarənin ekipajı 5 nəfərdən ibarət olub: 3 nəfər ölüb, 2 nəfər sağ qalıb.

Qəzanın təhqiqatına ICAO Konvensiyasına (Çikaqo Konvensiyası) uyğun olaraq hadisənin baş verdiyi ölkə olaraq Qazaxıstan rəhbərlik edir. İşdə Azərbaycan, Rusiya mütəxəssisləri, beynəlxalq ekspertlər və “Embraer” şirkətinin nümayəndələri iştirak edirlər. Qara qutular beynəlxalq ekspertlərin iştirakı ilə götürülüb.

Azərbaycan KİV-ləri, həmçinin Euronews və Reuters telekanalları ilkin olaraq təyyarənin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulması barədə məlumatlar yayıb.

Dekabrın 28-də Rusiya Prezidenti Vladimir Putin faciəvi hadisənin Rusiya hava məkanında baş verdiyinə görə üzr istəyib, bir daha həlak olanların ailələrinə dərin və səmimi başsağlığı verib, yaralananların tezliklə sağalmasını arzulayıb.

Dekabrın 29-da Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Rusiya ərazisində, Qroznı şəhəri yaxınlığında Azərbaycanın mülki təyyarəsi xarici təsirdən zədələnib və idarəetməni praktiki olaraq itirib. Onun sözlərinə görə, təyyarə elektron müdafiə sistemi vasitəsi ilə idarəolunmaz hala salınıb.

Bundan başqa, Azərbaycan prezidenti yerli mediaya müsahibəsində Rusiyaya qarşı üç tələb irəli sürüb.

"Birincisi, Rusiya tərəfi Azərbaycandan üzr istəməlidir. İkincisi, günahını etiraf etməlidir. Üçüncüsü, günahkarları cəzalandırmalı, cinayət məsuliyyətinə cəlb etməli və Azərbaycan dövlətinə, xəsarət alan sərnişinlərə və ekipaj üzvlərinə təzminat ödəməlidir".

Əliyev qeyd edib ki, Rusiya prezidenti Vladimir Putin ondan üzr istəyəndə birinci tələb “artıq yerinə yetirilib”.

Azərbaycan prezidentinin Rusiyaya qafrşı irəli sürdüyü ikinci və üçüncü tələblə bağlı Rusiya tərəfi hələ rəsmi məlumat yaymayıb.

Bununla yanaşı, Rusiya İstintaq Komitəsi təyyarə qəzası ilə bağlı Cinayət Məcəlləsinin 263 (hərəkət təhlükəsizliyi və hava nəqliyyatının istismarı qaydalarını pozma) maddəsi ilə cinayət işi başlayıb. Azərbaycan Baş Prokurorluğunun iki əməkdaşı Qroznıdadır, orada Rusiya Baş Prokurorluğunun və İstintaq Komitəsinin nümayəndələri ilə birgə ibtidai istintaq hərəkətləri aparırlar.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Kanadanın baş naziri Castin Trüdo istefa verib
please wait

No media source currently available

0:00 0:10:03 0:00
XS
SM
MD
LG