Accessibility links

Bakıdan Qroznıya uçan sərnişin təyyarəsi Aktauda qəzaya uğrayıb


Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Qazaxıstanın Aktau şəhərinin 3 kilometr yaxınlığında qəzaya uğrayıb.

Bu barədə AZAL xəbər verir.

“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 kilometr yaxınlığında qəza enişi edib”, məlumatda deyilir.

Qroznı hava limanının mətbuat xidmətinin məlumatına görə, Qroznıya uçan təyyarənin marşrutunun dəyişdirilməsinə səbəb qalın duman olub. Təyyarə əvvəlcə Mahaçqalaya, sonra isə Aktauya yönləndirilib.

Qazaxıstanın Fövqəladə Hallar Nazirliyinin Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı yaydığı məlumata görə, hadisə nəticəsində 25 nəfər sağ qalıb. Onlardan 22 nəfəri xəstəxanaya yerləşdirilib.

Öz növbəsində “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) məlumatına görə, göyərtədə 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

Tengrinews.kz xəbər verir ki, Aktauda qəzaya uğrayan təyyarədə 37 Azərbaycan, 16 Rusiya, 6 Qazaxıstan, 3 Qırğızıstan vətəndaşı olub. İlkin məlumata görə, 25 sərnişin sağ qalıb, hamısının vəziyyəti ağırdır.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya qazının Ukrayna üzərindən Avropaya təchizat müddəti sona çatdı
please wait

No media source currently available

0:00 0:10:03 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan təyyarəsinin qəzası. Türkiyənin Suriyanın gələcəyində rolu.
please wait

No media source currently available

0:00 0:30:26 0:00
XS
SM
MD
LG