Accessibility links

Azərbaycan sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycanda və Qazaxıstanda cinayət işi qaldırılıb


Passenger plane flying from Azerbaijan to Russia crashes in Kazakhstan with many feared dead
Passenger plane flying from Azerbaijan to Russia crashes in Kazakhstan with many feared dead

Azərbaycan Baş Prokurorluğunun mətbuat xidməti Azərbaycan sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı Azərbaycanda və Qazaxıstanda cinayət işi qaldırıldığı ilə bağlı bməlumat yayıb.

“Azərbaycan Hava Yolları” aviaşirkətinə (AZAL) məxsus təyyarənin Aktauda qəzaya uğraması faktı ilə bağlı Azərbaycan Baş prokuroru tərəfindən Cinayət Məcəlləsinin 262.3 (hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) və 314.3-cü (səhlənkarlıq iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

Məlumatda deyilir ki, cinayət işinin istintaqı ilə bağlı Baş Prokurorluqda yaradılmış istintaq qrupunun üzvləri Baş prokurorun müavini Elmar Camalovun rəhbərliyi ilə Qazaxıstan Respublikasına ezam olunub. Habelə, Azərbaycan Baş Prokurorluğu tərəfindən iş üzrə müvafiq istintaq və digər zəruri prosessual hərəkətlərin icra olunması məqsədilə Qazaxıstan Respublikasının Baş Prokurorluğuna Beynəlxalq hüquqi yardım haqqında vəsatət göndərilib.

Mətbuat xidməti bildirir ki, qəzanın səbəblərinin araşdırılması və təxirəsalınmaz tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumları ilə birgə tədbirlər icra olunur.

Qazaxıstan Prezidentinin tapşırığı ilə təyyarənin qəzaya uğramasının səbəblərini araşdırmaq üçün bu ölkənin Hökumət Komissiyası yaradılıb.

Hadisə yerinə bu ölkənin Daxili İşlər Nazirliyinin, nəqliyyat polisinin və prokurorluğunun nümayəndələri gedib.

Artıq Qazaxıstan Cinayət Məcəlləsinin 344-cü maddəsi (Nəqliyyat vasitəsini idarə edərkən təhlükəsizlik qaydalarının pozulması, ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) ilə də cinayət işi qaldırlıb. Hazırda hadisənin səbəblərini araşdırmaq üçün hadisə yerində araşdırma aparılır.

Forum

XS
SM
MD
LG