Accessibility links

Azərbaycanda təyyarə qəzası ilə əlaqədar matəm elan edilib


KAZAKHSTAN-CRASH/
KAZAKHSTAN-CRASH/

Dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” tipli sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar dekabrın 26-da Azərbaycanda matəm elan edilib.

Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi təcili eniş zərurəti ilə bağlı Aktau şəhəri istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğramasından sonra ilkin məlumata əsasən 32 nəfərin sağ qaldığı müəyyən edilib. Aralarında vəziyyəti ağır olanlar var.

Nazirliyin məlumatına görə, təyyarənin göyərtəsində 62 sərnişin, 5 ekipaj üzvü olmaqla, ümumilikdə 67 nəfər olub.

“Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun sədrliyi ilə dövlət komissiyası yaradılıb. Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, faciəvi qəza ilə əlaqədar, Azərbaycan fövqəladə hallar naziri, eləcə də rəqəmsal inkişaf və nəqliyyat nazirinin rəhbərlik etdiyi heyət Qazaxıstana yola düşüb. Qəza ilə əlaqədar ilk andan Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğu hadisə yerində fəaliyyət göstərir. Qazaxıstan tərəfi ilə əlaqələndirilməklə, fövqəladə xilasetmə qurumları tərəfindən təcili operativ tədbirlər görülür", nazirliyin məlumatında deyilir.

Qazaxıstanın Səhiyyə Nazirliyinin mətbuat xidməti bildirir ki, sağ qalanlardan 29 nəfəri Manqıstau Vilayət Xəstəxanasına çatdırılıb.

"Aktau yaxınlığında AZAL-ın sərnişin təyyarəsinin qəzaya uğradığı yerdən tibb müəssisələrinə xəsarət alan 29 şəxs aparılıb. Onlardan 11 nəfəri reanimasiyaya yerləşdirilib", nazirliyin məlumatında deyilir.

Qəza nəticəsində ölənlər barədə hələ rəsmi məlumat yayılmayıb. Yalnız mediada hadisə yerindən 4 nəfərin meyitinin götürlüdüyü barədə məlumatlar var.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Rusiya rəsmiləri 2022-ci ildən bəri ilk dəfə görüşüb
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 11:27 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Trampın Ukraynada müharibəyə son qoymaq səyləri. ABŞ administrasiyasının Xəzər regionunda prioritetləri.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 30:04 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG