Accessibility links

Bakıda məhkəmə hüquq müdafiəçisinin məhkumluğunun götürülməsi barədə müraciəti təmin etməyib


Rüfət Səfərov, hüquq müdafiəçisi
Rüfət Səfərov, hüquq müdafiəçisi

Yanvarın 29-da Bakının Binəqədi Rayon Məhkəməsi hüquq müdafiəçisi Rüfət Səfərovun üzərindən məhkumluğun götürülməsi barədə müraciətini təmin etməyib.

Prosesə sədrlik edən hakim Abbas Rzayev hüquq müdafiəçisnin törətdiyi cinayətin ağır cinayətlər kateqoriyasına aid olduğunu və onun islah olunmadığını bildirib.

Rüfət Səfərov 2016-cı il yanvarın 15-də rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Səfərov 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və məhkəmə zalında həbs edilib. O, 2019-cu ilin martında əfv sərəncamı ilə azadlığa buraxılıb.

“Cinayət qanunvericiliyinə görə 6 ildən sonra üzərimdən məhkumluq götürülür. Müddətin bitməsinə 1 il qalmasına baxmayaraq, Baş Prokurorluğun prokuroru üzərimdən məhkumluğun götürülməsi üçün heç bir əsasın olmadığını bildirdi. Hakim Abbas Rzayev isə “Rüfət Səfərovun törətdiyi cinayətin xarakteri və islah olunmadığı nəzərə alınmaqla ərizəsi təmin edilməsin”, deyə bildirdi”, Səfərov Amerikanın Səsinə deyib.

Səfərov Binəqədi Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəyini bildirib.

Forum

Mövzuya uyğun

XS
SM
MD
LG