Accessibility links

Rüfət Səfərov: Tezliklə həqiqət ortaya çıxar, proses çox uzun çəkməz [Audio-müsahibə] (Yenilənib)


Zərdab rayon Prokurorluğunun keçmiş müstətiqi dindirilməsindən öncə Amerikanın Səsinə müsahibə verib

Rüfət Səfərov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirildikdən sonra azad buraxılıb. Bu barədə vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib.

Onun sözlərinə görə, normal qaydada istintaq hərəkəti aparılıb. Fevralın 13-də Rüfət Səfərov yenidən istintaqa dəvət edilib.

***

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov fevralın 12-də yenidən dindirilmək üçün prokurorluğa çağırılıb. O, dindirilməyə getməzdən bir saat öncə Amerikanın Səsinə müsahibə verib.

Binəqədi Rayon Məhkəməsi yanvarın 15-də Səfərov barəsində 3 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib.

Baş Prokurorluğun yaydığı məlumata əsasən, Rüfət Səfərov “Prokurorluq haqqında” qanunun 34-cü və “Azərbaycan Respublikası Prokurorluğu işçilərinin etik davranış Kodeksi”nin 30 və 31-ci maddələrinin tələblərini kobud surətdə pozaraq prokurorluq orqanlarında prokuror və ya müstəntiq vəzifəsi ilə bir araya sığmayan hərəkətlərə yol verdiyinə görə prokurorluq orqanlarından xaric edilib. Onun barəsində Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.3.2-ci maddəsi (rüşvət alma-təkrar törədildikdə) ilə cinayət işi başlanıb.

Bundan öncə isə Rüfət Səfərov prokurorluq orqanlarından istefa verdiyini bəyan etmişdi.

R.Səfərov Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri, iqtidarda olan Yeni Azərbaycan Partiyasından sabiq deputat Eldar Sabiroğlunun oğludur. Sabiroğlu son zamanlar Prezident Administrasiyasının rəhbərini kəskin tənqid edirdi.

Yanvarın 22-də Bakının Binəqədi rayon Məhkəməsi Rüfət Səfərov barəsində seçdiyi həbs qətimkan tədbirini ev dustaqlığı imkan tədbiri ilə əvəz edib.

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:02:47 0:00

Amerikanın Səsi: Rüfət müəllim bu gün sizi yenidən prokurorluğa çağırıblar. Nə məqsədlə çağırıblar?

Yəqin məlumatınız oldu, dünən mənim Azadlıq qəzetinə bir müsahibəm oldu. Təxminin bir aya yaxın idi ki, mən təqsirləndirilən şəxs olaraq dəvət olunmurdum. Görünür həmin müsahibə kifayət edib ki, yenidən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunum.

Rüfət Səfərov: Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müstəntiqi Rəşad müəllim mobil telefonuma zəng etdi. Müvafiq istintaq hərəkətinin aparılmasından ötrü məni ora dəvət etdi. Lakin məsələnin konkret mahiyyəti mənə bəlli deyil. Saat təxminən 14:30-da orada olacağam. Yəqin ki, dindirmədir, yaxud növbəti üzəduranlar peyda olub, onlarla üzləşdirmə ola bilər. Yəqin məlumatınız oldu, dünən mənim Azadlıq qəzetinə bir müsahibəm oldu. Təxminin bir aya yaxın idi ki, mən təqsirləndirilən şəxs olaraq dəvət olunmurdum. Görünür həmin müsahibə kifayət edib ki, yenidən Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə dəvət olunum. Lakin onu da bildirirəm ki, ev dustaqlığı qətimkan tədbirinin yenidən həbslə əvəz olunması istisna deyil. Ondan da çəkinmirəm.

Amerikanın Səsi: Necə qiymətləndirirsiniz? Həbsiniz üçün reallıqlar var, yoxsa-yox?

Rüfət Səfərov: Bunu mən təsadüf hesab etmirəm. Qeyd etdiyim kimi, təxminən bir aya yaxındır mən ev dustaqlığına buraxılmışam. Bu müddətdə hər hansı bir istintaq hərəkətinin yerinə yetirilməsi üçün baş idarəyə dəvət edilməmişəm. Dünənki müsahidənin rolu düşünürəm ki, kifayət qədərdir. O müsahibə də normal bir müsahibədir. Yəni orada kimisə təhqir etməmiş, aşağılamamışam, sadəcə olaraq sakit formada fikirlərimi bildirmişəm və əsas etibarı ilə də hüquqa dayanan fikrilərdir, bir o qədər də siyasətlə əlaqəsi yoxdur.

Amerikanın Səsi: Sizə qarşı olan bu cinayət işini necə qiymətləndirirsiniz?

Hər halda düşünürəm ki, təzyiq və presinq altındayam.

Rüfət Səfərov: Xatırlayırsınızsa, 15 yanvar tarixdə sizinlə bir müsahibə etdik, ondan iki-üç saat sonra mən həbs olundum. Bilirsiniz prosesləri başa düşüb, idrak etməkdə bir qədər çətinlik çəkirəm. Nələr baş verir, mənim üçün bir qədər qaranlıqdır açığı. Hər halda düşünürəm ki, təzyiq və presinq altındayam. Tanıyanlar, dostlar bilir ki, mən xarakter etibarı ilə daxilimdə doğru bildiklərimi səbr edib saxlaya bilmirəm. Yəni, nəyi doğru bilirəmsə, onu ifadə etməyi bir qayda olaraq özümə xobbi seçmişəm. Yəni, budur məsələ.

Amerikanın Səsi: İctimaiyyətə, Azərbaycan hökumətinə sözünüz varmı?

eganə xahişim ondan ibarət olar ki, bütün ölkə mediası, hüquq müdafiəçiləri məni diqqtədə saxlasınlar.

Rüfət Səfərov: İctimaiyyətə həbsdən qabaq da müraciət etmişdim. Cəmiyyətimizin mənə bu dərəcədə dəstək verməsini heç gözləmirdim. Yeganə xahişim ondan ibarət olar ki, bütün ölkə mediası, hüquq müdafiəçiləri məni diqqətdə saxlasınlar. Çox güman ki, tezliklə həqiqət ortaya çıxar, proses çox uzun çəkməz. Belə düşünürəm.

Amerikanın Səsi: Sizin fikrinizcə, ortaya çıxacaq həqiqət nədir?

Hər halda çalışacam bütün hüquqi vasitələrdən istifadə edim, ittihamın nə dərəcədə absurd xarakter daşıdığını ortaya qoyum.

Rüfət Səfərov: Ortaya çıxacaq həqiqət odur ki, barəmdə irəli sürülən ittiham absurd xarakter daşıyır, heç bir qanuni əsası yoxdur. Bunu da təqsirləndirilən şəxs olaraq sübut etmək mənim üzərimə düşmür, bu ittihamın vəzifəsidir. Hər halda çalışacam bütün hüquqi vasitələrdən istifadə edim, ittihamın nə dərəcədə absurd xarakter daşıdığını ortaya qoyum.

XS
SM
MD
LG