Accessibility links

Rüfət Səfərov barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçilib [Rüfət Səfərovla müsahibə] (Yenilənib-2)


Rüfət Səfərov
Rüfət Səfərov

Bu barədə Binəqədi rayon Məhkəməsi qərar verib

İndiki anlarda Binəqədi rayon Məhkəməsi Rüfət Səfərov barəsində 3 ay 26 gün həbs qətimkan tədbiri seçib.

Vəkil Bəruz Bayramov Amerikanın Səsinə bildirib ki, yanvarın 18-də məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək.

***

Binəqədi rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun barəsində həbs qəti imkan tədbiri seçilməsi barədə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin təqdimatına baxılır.

Vəkil Bəhruz Bayramov Amerikanın Səsinə bildirib ki, prokurorluq Rüfət Səfərov barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilməsi barədə təqdimat verib.

Artıq Rüfət Səfərova qarşı Cinayət Məcəlləsinin 311.3.2 (rüşvət alma-təkrar törədildikdə) maddəsi ilə ittiham elan olunub.

"Rüfət Səfərov ittihamı qəbul etmir, absurd və gülməli adlandırır. O, ittiham elan ediləndə sadəcə gülürdü", vəkil qeyd edib.

İttihamın sanksiyasına görə, Səfərovu əmlakı müsadirə edilməklə 8 ildən 12 ilədək həbs gözləyir.

***

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərov saxlanılıb. Bu barədə onun atası Eldar Sabiroğlu Amerikanın Səsinə bildirib.

Zərdab rayon Prokurorluğunun keçmiş müstəntiqi Rüfət Səfərovun Amerikanın Səsinə müsahibəsi
please wait

No media source currently available

0:00 0:03:04 0:00

Onun sözlərinə görə, Rüfət Səfərov hazırda Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində dindirilir.

"Yaxın saatlarda oğlum Binəqədi rayon Məhkəməsinə aparılacaq. Onun üzünə iki nəfər qoyublar, guya 2014 və 2015-ci ildə rüşvət veriblər", ata qeyd edib.

Bu gün keçirilən mətbuat konfransında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev Rüfət Səfərova qarşı konkret faktlar əsasında Cinayət Məcəlləsinin 311.3 (rüşvət alma) maddəsi ilə cinayət işi başlandığını bildirib.

“Bu Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyev tərəfindən məndən alınan qisasdır. Mən Azərbaycan prezidentinə müraciət edirəm. Gənclərin həyatını belə puç etmək olmaz”, Sabiroğlu qeyd edib.

XS
SM
MD
LG