Accessibility links

Eldar Sabiroğlu: Azərbaycanda hakimiyyətdə kimisə tənqid etmək qadağası yoxdur [Audio-Müsahibə]


Eldar Sabiroğlu
Eldar Sabiroğlu

Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbərinin Amerikanın Səsinə müsahibəsi

Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, Müdafiə Nazirliyinin mətbuat xidmətinin keçmiş rəhbəri Eldar Sabiroğlu Amerikanın Səsinə müsahibəsində oğlu Rüfət Səfərovun prokurorluq orqanlarından istefasının səbəblərindən danışıb.

please wait
Embed

No media source currently available

0:00 0:04:16 0:00

Amerikanın Səsi: Hazırda ailənizə, evinizə təzyiq varmı?

Eldar Sabiroğlu: Yox. Heç bir təzyiq yoxdur və hiss etmirəm.

Amerikanın Səsi: Oğlunuz qeyd edir ki, evinizin qarşısında həmişə polislər olub. İndi evinizin qarşısında polislər varmı?

Eldar Sabiroğlu: İndi mənə orada polisin olduğu barədə söz deyilməyib, polis yoxdur orada. Nə üçün gəlməlidirlər?

Mən mənfi qiymətləndirirəm. Bu addımları gərək atmayaydı.

Amerikanın Səsi: Oğlunuzun bu hərəkətini necə qiymətləndirərdiniz?

Eldar Sabiroğlu: Əlbəttə ki, mən mənfi qiymətləndirirəm. Bu addımları gərək atmayaydı.

Amerikanın Səsi: Son saatlarda oğlunuzla danışıbsınızmı?

Eldar Sabiroğlu: Danışmışıq.

Amerikanın Səsi: Nə deyib?

Eldar Sabuiroğlu: Mənə söylədi ki, "ata, bu mənim özümün seçdiyim mövqedir və xahiş edirəm ki, müdaxilə etməyəsiniz." Cavabında bildirdim ki, axı sən düzgün etmədin. O, yenə həmin fikrini söyləmiş oldu.

Amerikanın Səsi: Eldar müəllim son zamanlar sizə, ailənizə qarşı hansı təzyiqlər olub?

Deməli Ramiz Mehdiyevi mən tənqid edirəmsə dövlətin əleyhinə çıxmış oluram? Xey, elə deyil. Dövlətin başçısının əleyhinə danışmağı mən qeyri-məqbul sayıram, onun qarşısında hesabatlıyam.

Eldar Sabiroğlu: Nə son zamanlar, nə ondan əvvəl, nə də sonra heç bir təzyiq olmayıb. Sadəcə olaraq,Ramiz Mehdiyevlə bağlı mənim verdiyim yazılar, çap etdirdiyim məqalələr informasiya məkanında, mətbuatda əks reaksiya yaradıb. Bu əks reaksiyanı da mən təbii qarşılayıram. Ancaq, bir az tərbiyəli, bir az əxlaqlı olsa idi daha yaxşı olardı. Mənə qarşı çox mədəniyyətsiz şəkildə, böhtan dolu, təhqir dolu, ailəmə qarşı fikirlər səsləndirdilər. Oğlum da, sözün düzü, bunlara çox dözümsüz yanaşırdı. O gəncdir, hissiyatı bir qədər fərqlidir. Belə qiymətləndirirlər ki, mən böyük qəbahətə yol vermişəm, prezident adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevi tənqid etməklə hakimiyyəti tənqid etmişəm. Daha doğrusu yazılarımı hakimiyyətin tənqidinə həsr etmişəm. Partiyanın (YAP-red) nizamnaməsində də, Azərbaycanda söz azadlığının verdiyi imkanlarda da belə bir göstəriş yoxdur ki, hakimiyyətdə kimisə tənqid etmək olmaz və hansı məqamda əyləşdiyindən asılı olmayaraq. Deməli Ramiz Mehdiyevi mən tənqid edirəmsə dövlətin əleyhinə çıxmış oluram? Xeyr, elə deyil. Dövlətin başçısının əleyhinə danışmağı mən qeyri-məqbul sayıram, onun qarşısında hesabatlıyam.

Amerikanın Səsi: Hazırda Yeni Azərbaycan Partiyasının üzvüsünüz? Partiyadan çıxarılmağınızla bağlı hər hansı məsələ gündəlikdə yoxdur?

Eldar Sabiroğlu: Yox. Elə bir şey eşitməmişəm, yoxdur.

Amerikanın Səsi: Oğlunuz qeyd edib ki, müxalifətə keçib. Hansı siyasi partiyanı seçib, bilirsinizmi?

Əgər verdiyi müsahibələri izləmiş olsanız, o açıqca bildirir ki, mənim müxalif mövqeyə keçməyim o demək deyil ki, hansısa müxalifət partiyasının üzvü olmuşam. Mənim belə bir fikrim yoxdur.

Eldar Sabiroğlu: Əgər verdiyi müsahibələri izləmiş olsanız, o açıqca bildirir ki, mənim müxalif mövqeyə keçməyim o demək deyil ki, hansısa müxalifət partiyasının üzvü olmuşam. Mənim belə bir fikrim yoxdur. Müxalif mövqeli şəxs kimi fəaliyyətimi davam etdirəcəm və heç bir partiyaya keçmək barədə fikirləşmirəm.

Amerikanın Səsi: Oğlunuz qeyd edib ki, atam məndən imtina da edə bilər, bu onun öz işidir. Siz necə, oğlunuzdan imtina edə bilərsiniz?

Eldar Sabiroğlu: Siz zarafat edirsiniz? - bu mümkün deyil.

Amerikanın Səsi: Oğlunuza nə məsləhət bilərdiniz? Oğlunuz bildirib ki, Zərdab rayon prokuroru zəng edib, deyib ki, düzgün etmir və oğlunuzu təhqir edib. Həm də Respublika Prokurorluğundan yoxlama gözləyir.

Eldar Sabiroğlu: Xəbərim yoxdur. Bu onların öz aralarında olan söhbətdir. Bilmirəm, nə dərəcədə mümkün olub. Onu özlərindən soruşsan daha yaxşı olar.

Mən Heydər Əliyev, İlham Əliyev siyasətinin bundan sonra da əsgəri kimi öz xidməti borcumu yerinə yetirəcəm və o partiyadan kənarda mənim başqa bir mövqeyim ola bilməz.

Amerikanın Səis: İndiki anda hökumətə, üzvü olduğunuz YAP rəhbərliyinə, oğlunuza, cəmiyyətə mesajlarınız varmı?

Eldar Sabiroğlu: Partiyaya və dövlət rəhbərliyinə mesajım ondan ibarətdir ki, mən Heydər Əliyev, İlham Əliyev siyasətinin bundan sonra da əsgəri kimi öz xidməti borcumu yerinə yetirəcəm və o partiyadan kənarda mənim başqa bir mövqeyim ola bilməz.

Amerikanın Səsi: Bəs, oğlunuza məsləhətiniz?

Eldar Sabiroğlu: Oğluma məsləhətim bu oldu ki, səhv yol tutub.

Amerikanın Səsi: Bəs ictimaiyyətə?

Eldar Sabiroğlu: İctimaiyyətə də bildirdim ki, oğlum mənim ona etdiyim məsləhətlərə qulaq asmadı, başqa bir mövqe seçdi.

XS
SM
MD
LG