Accessibility links

Vəkil: Rüfət Səfərov həyatı üçün təhlükə hiss etmir [Audio-müsahibə]


Rüfət Səfərov
Rüfət Səfərov

O, həqiqətən 18 il 6 ay həbsə məhkum edilmiş hərbçi ilə eyni kamerada saxlanılır

Hazırda mühacirətdə olan jurnalist İdrak Abbasov facebook səhifəsində Zərdab rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun həyatı üçün təhlükə yarandığını bildirib.

“Bakıdan çox etibarli mənbə mənə məlumat verdi ki, şərlənərək həbs edilən üsyankar müstəntiq Rüfət Səfərovun həyatına ciddi təhlükə var. Rüfət Səfərovun kamerasına 18 il həbs cəzası almış Samir adli bir residivisti salıblar. Həmin Samirə Rüfət Səfərovu qətlə yetirəcəyi təqdirdə azadlıq vəd edilib”, o facebook səhifəsində qeyd edib.

Vəkil Bəhruz Bayramov sentyabrın 19-da 1 saylı Bakı İstintaq Təcridxanasında Rüfət Səfəfrovla görüşüb.

O, Amerikanın Səsinə müsahibəsində Rüfət Səfərovun həyatı üçün təhlükə hiss etmədiyini bildirib.

please wait

No media source currently available

0:00 0:02:52 0:00

“Səhhəti də normalıdr, saxlanma şəraitindən də narahatlığı yoxdur”, o qeyd edib.

Vəkilin sözlərinə görə, təcridxananın rəisi Rəşid Səfərov Rüfət Səfərovu qəbul edib.

“Rüfət Səfərov həqiqətən 18 il 6 ay azadlıqdan məhrum edilmiş hərbçi ilə eyni kamerada saxlanılır. Təcridxananın rəisi Rüfət Səfərovdan narahatlığının olub-olmamasını soruşub. Rəşid Səfərov deyib ki, Rüfət Səfərovun təhlükəsizliyi nəzarətçilər tərəfindən qorunur. Əgər narahatlığı varsa, ərizə ilə müraciət etsin başqa kameraya köçürsünlər. Rüfət hələ buna ehtiyac olmadığını bildirdi”.

Səfərov “Azadlıq” qəzetinin çap olunmamasından təəssüflənir.

“Azadlıq” qəzeti həbsxanadakılar üçün, o cümlədən cəmiyyət üçün azad informasiya almaq nəfəsliyidir”, Səfərov vəkili vasitəsi ilə bildirib.

Vəkil Səfərovla bağlı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayəti verdiyini bildirib.

“Məhkəmə hökmündən 10 gün keçməsinə baxmayaraq hələ də hökmün surətini göndərməyiblər. Apellyasiya şikayətinin vaxtı keçdiyi üçün biz hökmün surətini gözləmədən apellyasiya şikayəti verdik. Hökmü alandan sonra şikayəıtimizi daha da geniş şəkildə yazacağıq”, o qeyd edib.

XS
SM
MD
LG