Accessibility links

Vəkil: Rüfət Səfərov və Cavid Şirəliyevin taleyindən narahatıq


Rüfət Səfərov, Bəhruz Bayramov və Eldar Sabiroğlu
Rüfət Səfərov, Bəhruz Bayramov və Eldar Sabiroğlu

“Rüfət Səfərov və Cavid Şirəliyevin taleyindən nigaranıq və Ədliyyə Nazirliyinin məhsul işçilərindən bu barədə açıqlamalar istəyirik”. Bu barədə vəkil Bəhruz Bayramov sentyabrın 22-də hüquqlarını müdafiə etdiyi Rüfət Səfərov və Cavid Şirəliyevlə 9 saylı Cəzaçəkmə Müəssisəsində görüşünə icazə verilmədikdən sonra facebook səhifəsində yazıb.

Bəhruz Bayramov
Bəhruz Bayramov

9 saylı Cəzaçəkmə Müəssisində saxlanılam jurnalist və hüquq müdafiəçisi Cavid Şirəliyev və hüquqşünas Rüfət Səfərov sentyabrın 21-də cəzaçəkmə müəssisəsindəki qanunsuzluqlara etiraz olaraq qeyri-müəyyən müddətə aclığa başlayıb.

Keçmiş müstəntiq Rüfət Səfərov parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu 2015-ci ildə Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Həmin ilin dekabrında isə Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib.

Cavid Şirəliyev
Cavid Şirəliyev

Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də əvvəlki fikirlərindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-cı ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub. Elə məhkəmə zalında da həbs edilib.

Cavid Şirəliyev 2016-cı il mayın 22-də 5 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Şəhər Ağır Cinayətlər Məhkəməsi onu hədələmək yolu ilə rüşvət tələb etmə ittihamı ilə (CM-in 182.2.1 və 182.2.4-cü maddələri) təqsirli bilib.

C.Şirəliyev 2014-cü il avqustun 30-da Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb və Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb. Juranlist ittihamları qəbul etmir və həbsini sifariş hesab edir.

“Bu gün Ədliyyə Nazirliyinin 9 saylı Cəzaçəkmə Müəssisəsinə getmişdim. Məqsədim hüquqlarını müdafiə etdiyim Rüfət Səfərov və Cavid Şirəliyevin aclıq etmələrinin səbəbləri və digər məsələlərə aydınlıq gətirmək idi. 9 saylı Cəzaçəkmə Müəssisəsinin Mehman adlı əməkdaşı bildirdi ki, rəis işdə yoxdur. Mən sənə hər hansı sənəd verə bilmərəm, görüşmək mümkün deyil. Rüfət Səfərovun atası Eldar Sabiroğlu Pentensiar Xidmətinin qaynar xəttinə zəng vurub oğlunun vəziyyəti haqqında məlumat almaq istəsə də heç bir məlumat verməyiblər. Dəfələrlə 9 saylı Cəzaçəkmə Müəssəsinin növbətçi hissəsinin əməkdaşından oğlu barədə məlumat almaq istəsə də onunla kobud şəkildə danışılıb və bir daha zəng vurmaması deyilib. Rüfət Səfərovun taleyindən nigaranıq”, vəkil facebook səhifəsində yazıb.

Eldar Sabiroğlu
Eldar Sabiroğlu

Eyni zamanda, Rüfət Səfərovun atası Eldar Sabiroğlu oğlunun həyatına təhlükə olacağından ehtiyat etdiyini bildirib.

Sabiroğlu facebook səhifəsində bəyanatla çıxış edərək Ədliyyə Nazirliyindən oğluna qarşı işgəncə hərəkətlərinə son qoyulmasını tələb edib.

“Aldığımız məlumata görə məhbuslar yenə də təqib altında saxlanılır. Vəkil Bəhruz Bayramov vəziyyəti öyrənmək üçün cəzaçəkmə müəssisəsinə getsə də onu müdafiə etdiyi məhbuslarla görüşə buraxmayıblar. Bu birbaşa vəkillik haqqında qanunu tabdalamaq deməkdir. Deməli, belə çıxır ki, bu adamlar üçün heç bir qanun-qayda əhəmiyyət kəsb etmir. Biz dünəndən məhbusların səhhəti barədə məlumat ala bilmirik. Onların həyatı hər an təhlükə ilə üzləşə bilər. Cəzaçəkmə müəssisəsində sanki bir dərəbəylik hökm sürür. Keçən ayın sonunda -31 avqust 2017- ci ildə Rüfətə öyrədilmiş dustaq tərəfindən bıçaqla hücum təşkil edilsə də, cəzaçəkmə müəssisəsinin rəhbərliyi bunun anlaşılmaz olduğunu bildirmiş və hadisənin ictimailəşdirilməməsi barədə bizdən xahiş etmişdir. Biz onların sözünə baxdıq və bıçaqlı hücumu ictimailəşdirmədik. İndi görsənir ki, burada heç bir anlaşılmazlıq olmamış, Rüfətə qarşı düşünülmüş surətdə qəsd təşkil edilmişdir. Mən Azərbaycanın ədliyyə rəhbərliyinə müraciət edərək onlardan dustağa qarşı edilən bu işgəncə hərəkətlərdən geri çəkilməyi tələb edirəm. Eyni zamanda beynəlxalq təşkilatlara müraciət edərək bu məsələdə kömək göstərmələrini xahiş edirəm”, ata müraciətində qeyd edir.

Bununla yanaşı, bir qayda olaraq Penitensiar Xidmət məhbsularla qanunun tələbləri çərçivəsində davranıldığını, hər hansı məhbusa qarşı işgəncə, qeyri-insani münasibət göstərilmədiyini bildirir.

Amma, indiki halda Rüfət Səfərov və Cavid Şirəlievlə bağlı Penitensiar Xidmət hələ hər hansı açıqlama verməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG