Accessibility links

“Rüfət Səfərovun həbsinin siyasi sifarişçilərini qərəzli mövqelərindən imtina etməyə səsləyirik”


Rüfət Səfərovun Hüquqlarını İctimai Müdafiə Komitəsi
Rüfət Səfərovun Hüquqlarını İctimai Müdafiə Komitəsi

Rüfət Səfərovun qanunsuz həbsi ilə bağlı beynəlxalq təşklatlarla danışıqlar aparmaq üçün müdafiə komitəsinin nümayəndələri yaxın günlərdə Avropaya səfər edəcək. Bu barədə Zərdab Rayon Prokurorluğunun həbsdə olan keçmiş müstəntiqi Rüfət Səfərovun Hüquqlarını İctimai Müdafiə Komitəsinin dekabrın 27-də keçirilən toplantısında komitənin sədri, Azərbaycan Ziyalılar Birliyinin rəhbəri Eldəniz Quliyev bildirib.

Eldəniz Quliyev
Eldəniz Quliyev

Keçmiş müstəntiq parlamentin keçmiş deputatı, hakim Yeni Azərbaycan Partiyasının yaradıcılarından biri Eldar Sabiroğlunun oğludur. E.Sabiroğlu ötən il Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ünvanına sərt çıxışlar edib. Dekabrda isə Rüfət Səfərov qanunçuluğu pozmasına və hüquq-mühafizə orqanlarının pis işinə görə hakimiyyəti açıq tənqid edib. O, prokurorluq orqanlarından istefa verdiyini bəyan edib. Öz növbəsində prokurorluq bəyan edib ki, R.Səfərov “prokurorluq işçisinə yaraşmayan hərəkətə” görə işdən çıxarılıb.

Rüfət Səfərov (Foto Təzəxan Mirələmlinindir)
Rüfət Səfərov (Foto Təzəxan Mirələmlinindir)

2016-cı il yanvarın 15-də R.Səfərov rüşvət almaq ittihamı ilə həbs olunub. Lakin, yanvarın 22-də o, ev dustaqlığına buraxılıb. R.Səfərov ittihamı rədd edib və cinayət işinin sifariş olduğunu bildirib. O, ev dustaqlığı dövründə də mövqeyindən geri çəkilməyib, iqtidarı tənqid edən bəyanatlarını davam etdirib.

Keçmiş müstəntiq Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2016-c ilin sentyabrında 9 il azadlıqdan məhrum olunub və məhkəmə zalında həbs edilib.

Azərbaycanda yeni situasiya yaranıb. İndi aktiv müqaviməti artırmaq lazımdır, daha kəskin bəyanatlarla çıxış etməliyik.

Dekabrın 22-də Şirvan Apellyasiya Məhkəməsi Səfərovun apellyasiya şikayətini təmin etməyib.

E.Quliyevin fikrincə, müdafiə komitəsi diplomatik missiyalar və beynəlxalq təşkilatlarla işləri davam etdirməlidir.

“Azərbaycanda yeni situasiya yaranıb. İndi aktiv müqaviməti artırmaq lazımdır, daha kəskin bəyanatlarla çıxış etməliyik. Çünki bir tərəfdə hər hansı demokratik sifarişi qəbul etməyən hakimiyyət, digər tərəfdə isə bu rejimin qurbanları durur”, o qeyd edib.

Rüfət Səfərovun Hüquqlarını İctimia Müdafiə Komitəsi
Rüfət Səfərovun Hüquqlarını İctimia Müdafiə Komitəsi

Vəkil Bəhruz Bayramov Rüfət Səfərovun məhkəmədəki çıxışına istinadən bildirib ki, ölkədə azad fikrə qarşı bu qədər aqressivlik olmaz.

“Rüfət Səfərova qarşı ittiham tam sifarişdir və uydurmadır. Azərbaycan məhkəmələrindən isə ədalət gözləmək əbəsdir. Ona görə, yalnız beynəlxalq təşkilatlar və diplomatik missiyalarla işləməliyik. Eyni zamanda, mən işin Avropa Məhkəməsinə aparılması üçün fəaliyyətimi davam etdirirəm”, vəkil qeyd edib.

Rüfət Səfərov siyasi məhbus kimi tanınıb, “vicdan məhbusu” da elan ediləcək.

Keçmiş vicdan məhbusu Pərviz Həşimli Rüfət Səfərov ilə bağlı Amnesty İnternational, BMT-nin İnsan Haqları Komitəsi və diplomatik korpuslarla yazışmalar aparıldığını deyib.

“Rüfət Səfərov siyasi məhbus kimi tanınıb, “vicdan məhbusu” da elan ediləcək”, o qeyd edib.

İctimai Müdafiə Komitəsi bəyanatla da çıxış edib.

“Bir daha Azərbaycan və dünya ictimaiyyətini Rüfət Səfərovun hüquqlarını aktiv şəkildə müdafiə etməyə çağırır, siyasi sifarişçiləri gec də olsa qərəzli mövqelərindən imtina etməyə səsləyirik. Rüfət Səfərova qarşı ədalətsizliyə imza atan şəxslər unutmasınlar ki, onlar bu əmələ görə gec-tez qanun və ədalət qarşısında cavab verməli olacaqlar”, sənəddə qeyd edilir.

XS
SM
MD
LG