İyunun 1-də Xətai Rayon Məhkəməsi iqtisadçı Fərid Mehralızadə barəsində 3 ay 20 gün müddətinə həbs qətimkan tədbiri seçib. Həyat yoldaşı Nərgiz Muxtarovanın məlumatına görə, ona qarşı "Abzas Media işi" ilə bağlı Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb.
Mayın 10-da insan haqları fəalı Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır.
Mayın 9-da Xətai Rayon Məhkəməsində “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı və Meclis.info platformasının rəhbəri İmran Əliyevin ev dustaqlığına buraxılması barədə vəsatətlərə baxılıb. Məhkəmə vəsatətləri təmin etməyərək jurnalistləri həbsdə saxlayıb.
Daha çox yüklə