Accessibility links

Əlilliyi olan Famil Xəlilovun səhhətində əlavə problemlər yarandığı bildirilir


Famil Xəlilov
Famil Xəlilov

Həbsdə olan ictimai fəal, 1-ci qrup əlil Famil Xəlilovun əllərinin çürüdüyü bildirilir. Bu barədə onun həyat yoldaşı Kiçikxanım Xəlilova məlumat verib.

Xəlilovanın sözlərinə görə fəalla 1 saylı Bakı İstintaq Təcridxanasında görüşən həyat yoldaşı bildirib ki, o, mayın 17-də başladığı aclığı dayandırıb.

"Familə deyilib ki, işə ədalətli baxılacaq və o da 2 gün aclıq edəndən sonra aksiyanı dayandırdı. Lakin vəd yerinə yetirilməsə müddətsiz aclığa başlayacağını dedi", o bildirib.

Xəlilova qeyd edib ki, yoldaşının səhhətində başqa problemlər də yaranıb.

"Famil evdə olanda onun qolları iflic olduğuna görə mən ona baxırdım. Əllərini yuyurdum, dərman çəkirdim. İndi bunu edəcək kimsə yoxdur. Həmçinin o ayaq üstə dayana bilsin deyə əlləri arxadan bağlayırdıq, amma indi əlləri bağlı olduğuna görə əllərində çürümə başlayıb. Bunu mənə təcridxanadakı həkimlər dedi".

Fəalın yoldaşının məlumatına görə, Xəlilov təcridxananın tibb-sanitar hissəsində saxlanılır və bütün lazım olan dərmanlarla təmin olunur.
Penitensiar Xidmətdən Xəlilovun səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.

Mayın 2-də saxlanılan Xəlilova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə küllü miqdarda narkotik hazırlama, daşıma, saxlama) maddəsi ilə ittiham irəli sürülüb. Fəal barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Bu maddədə 5 ildən 12 ilədək həbs cəzası nəzərdə tutulub.
Yaxınları onun təqsirsiz olduğunu, sosial şəbəkələrdəki paylaşımlarına görə cəzalandırıldığını deyirlər.
Famil Xəlilov mayın 6-da vəziyyətinin pisləşməsilə əlaqədar 1 saylı Bakı İstintaq Təcridxanasının tibb-sanitariya hissəsinə yerləşdirilib.
Fəalın həyat yoldaşı bildirir ki, Xəlilov sosial şəbəkələrdə aktiv olduğu, insanların haqqını tələb etdiyi üçün həbs olunub.

Forum

XS
SM
MD
LG