Accessibility links

Vəkil: Bəxtiyar Hacıyev tərəfindən hazırlanmış vəsatətlərin kağızları müsadirə olunur


Bəxtiyar Hacıyev
Bəxtiyar Hacıyev

Mayın 10-da insan haqları fəalı Bəxtiyar Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Fəalın işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyilə baxılır.

Vəkil Aqil Layıc bildirib ki, proses zərərçəkmiş şəxslərdən birinin məhkəməyə gəlməməsi səbəbilə təxirə salınıb. Vəkil qeyd edib ki, fəalın özünü müdafiə etməsi üçün hazırlanmış vəsatətlərin kağızları Penitensiar Xidmətin əməkdaşları tərəfindən əlindən alınır:

"Tək Bəxtiyar deyil, artıq neçənci dəfədir ki, belə əhəmiyyətli işlərdə Bakı İstintaq Təcridxanasının rəhbərliyi şəxsin müdafiə hüququna, yazı-pozmalarına, qeydlərinə müdaxilə edir. Onların bu qeydləri senzuradan keçirmək hüquqları yoxdur. Bəxtiyar qeyd etdi ki, nəinki, onun vəsatətləri, dövlət orqanlarına müraciətləri də müsadirə olunur və ünvanına çatdırılmasına icazə verilmir".

Vəkil: Bəxtiyar Hacıyev tərəfindən hazırlanmış vəsatətlərin kağızları müsadirə olunur
please wait

No media source currently available

0:00 0:03:03 0:00

"Müdafiə Xətti" İnsan Haqları Təşkilatının həmtəsisçisi Rüfət Səfərovun sözlərinə görə, Bəxtiyar Hacıyevin müdafiə hüququ kobud şəkildə pozulur. O, Hacıyevi siyasi girov adlandırıb.

"Bəxtiyar Hacıyev bir neçə vəsatət hazırlamışdı, onlardan biri də medianın məhkəmə prosesini işıqlandırması ilə bağlı idi. O, məlum və obyektiv səbəblərdən əsəbi idi, çünki adamı şərləyiblər. 17 aydır qurama ittihamlarla həbsdə saxlayırlar, elementar müdafiə hüququ pozulur" - deyə, hüquq müdafiəçisi qeyd edib.

Məhkəmə mayın 17-dək təxirə salınıb.

Bəxtiyar Hacıyev 2022-ci ilin dekabrında həbs olunub. O zaman ona qarşı Cinayət Məcəlləsinin 221.2.2-ci (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən şəxsə qarşı müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələrilə ittiham irəli sürülüb. Onunla Ülviyyə Alovlu (Muradova) arasında Yasamal Rayon Məhkəməsində insident baş verdiyi iddia olunur. İttihama görə, Bəxtiyar Hacıyev həmin insident zamanı icra məmuru Orxan Abdullayevə də zorakılıq tətbiq edib.

Ötən il iyunun 16-da fəala qarşı yeni ittihamlar irəli sürülüb. Bu ittihamlar əsasən maliyyə məsələlərilə - ayrılan qrantların təyinatı üzrə xərclənməməsilə bağlıdır. Ona həmçinin Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yoluyla əldə edilmiş əmlakı leqallaşdırma), 206-cı (qaçaqmalçılıq), 320-ci (saxta sənədlərdən istifadə) maddələrilə ittiham verilib.

Həmin ilin noyabrda isə ona daha bir ittiham verilib. Hacıyevə qarşı Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma) maddəsilə daha bir ittiham irəli sürülüb.

Bəxtiyar Hacıyev bu ittihamların heç birini qəbul etmir. Fəal özünü təqsirli bilmir, sifarişlə həbs olunduğunu, Daxili İşlər naziri Vilayət Eyvazovun ünvanına səsləndirdiyi tənqidlərə görə cəzalandırıldığını deyir.

Daxili İşlər Nazirliyi isə bu ittihamların əsassız olduğunu bəyan edib.

Forum

XS
SM
MD
LG