Şahdəniz qazının Avropaya ixracı marşrutu üçün boru kəmərinin seçilməsi haqqında qərar iyunun 30-dək qəbul ediləcək
Yanvarın 10-da Nabucco konsorsiumunun səhmdarları (OMV, BOTAS, BEH, Transgaz, RWE, FGSZ) və potensial investorlar (SOCAR, BP, Statoil və Total) Bolqarıstan paytaxtında birgə bəyannamə imzalayıb.
Sənəddə deyilir ki, tərəflər aşağıdakı bir neçə məsələ üzrə prinsipial razılıq əldə ediblər:
Şahdəniz yatağından Avropaya qaz nəqli üçün boru kəməri seçilməsi məsələsinin həllinə qədər Nabucco-West-in işlənib hazırlanmasının birgə maliyyələşdirilməsi;
Şahdəniz üçün boru kəməri qismində Nabucco-West-in seçilməsi haqqında müsbət qərar qəbul edildikdən sonra layihədə səhmlərin 50%-nin potensial investorlara verilməsi.
Şahdəniz konsorsiumu və Nabucco səhmdarları həmçinin Nabucco-West-in gələcək inkişafı üçün əməkdaşlıq və Şahdəniz-2 layihəsinin mərhələlərinin razılaşdırılması haqqında prinsipial razılıq əldə ediblər.
Hazırda maliyyələşdirmə haqqında razılığın variantları və əməkdaşlıq haqqında saziş üzərində işlənilir və yaxın gələcəkdə Vyanada müvafiq tərəflər arasında yekunlaşdırılacaq.
Nabucco konsorsiumunn press-relizində deyilir ki, “Şahdəniz-dən qazın Avropaya ixracı marşrutu üçün boru kəmərinin seçilməsi haqqında qərarın Şahdəniz konsorsiumu tərəfindən 30 iyun 2013-cü ilədək qəbul ediləcəyi gözlənilir.