Avropa İttifaqına üzv ölkələrin nazirləri təşkilatın adından Azərbaycan və Türkmənistanla qaz məsələlərinin müzakirəsi aparmaq səlahiyyəti verilməsini təqdir etməyi planlaşdırır. Bu barədə Turan Agentliyi The Financial Times qəzetinə istinadən yazıb.
Avropalılar ümid edir ki, Xəzər qaz kəməri Avropada istehlak olunan qazın dörddə birini təmin edən Rusiyadan idxalı azaltmağa imkan verəcək. Brüssel həmçinin Türkmənistanı Avropanın sıx əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğuna inandırmağa ümid edir. Belə ki, Aşqabada həm Moskvadan, həm də qaz alınmasını fəal şəkildə artıran Pekindən güclü təzyiq göstərilir.
Transxəzər qaz kəməri üzrə danışıqlar uğurlu olarsa indiyədək ləngiyən Nabucco layihəsinə təkan veriləcək. Layihə Azərbaycandan Avstriyaya Türkiyə ərazisindən keçən boru kəməri tikintisini nəzərdə tutur. İllik məhsuldarlıq 31 mlrd. kubmetr həcmində qiymətləndirilir. Ötən ilin payızında Nabucconun 2015-ci ildə ilk qazı nəql edəcəyi planlaşdırılırdı, amma sonradan ekspertlər müddətin iki il uzadılmasından danışmağa başladılar.
Xəzər qaz kəməri tikintisinin tərəfdarları iddia edir ki, o, təkcə mərkəzi Avropaya deyil, Avropanın digər regionlarına da qaz nəql etmək imkanı verəcək. Qışda ciddi irəliləyiş əldə olunmuşdu, yanvarın 13-də Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu və Azərbaycan prezidenti İlham Əliyev Avropaya təbii qaz ixracı haqqında birgə bəyannamə imzalamışdılar.
Beynəlxalq Energetika agentliyi hesab edir ki, 2035-ci ilə dünyada qaza olan tələbat 600 mlrd. kubmetr artacaq.
Avropa Komissiyası Transxəzər qaz kəməri barədə Azərbaycan və Türkmənistanla müzakirə aparacaq
Transxəzər qaz kəməri üzrə danışıqlar uğurlu olarsa indiyədək ləngiyən Nabucco layihəsinə təkan veriləcək. Layihə Azərbaycandan Avstriyaya Türkiyə ərazisindən keçən boru kəməri tikintisini nəzərdə tutur. İllik məhsuldarlıq 31 mlrd. kubmetr həcmində qiymətləndirilir.