Accessibility links

Timoti Qaytner Avropanın borc böhranı məsələsinin müzakirəsi məqsədi ilə Polşaya səfər edib


Timoti Qaytner Avropanın borc böhranı məsələsinin müzakirəsi məqsədi ilə Polşaya səfər edib
Timoti Qaytner Avropanın borc böhranı məsələsinin müzakirəsi məqsədi ilə Polşaya səfər edib

ABŞ-ın maliyə naziri Timoti Qaytner Avropanın borc böhranı məsələsinin müzakirəsi məqsədi ilə Polşaya səfər edib. Ekspertlərin fikrincə, Qaytnerin müzakirələrdə iştirakı Amerikanın qlobal böhranla bağlı narahatlıqlarına işarədir. Dünən dünyanın mərkəzi bankları Avropanın kommersiya banklarına əlavə kreditlər ayrılması barədə qərar verib. Avropa Mərkəzi Bankı ABŞ, İngiltərə, Yaponiya və İsveçrənin milli bankları ilə əlaqəli şəkildə avrozona baklarının 3 aylıq kreditlə təmin edilməsinə hazır olduğunu bəyan edib. Məlumat Avropada səhm dəyərlərinin artmasına yardım edib. Almaniya və Fransanın Yunanıstanın iqtisadiyyatına yardım vədləri bazarlara müsbət təsir göstərib. Yunanıstanın borc böhranı Avropa İttifaqına üzv digər ölkələrdə avrozonada artıqm ümidlərini puça çıxarmışdı.

XS
SM
MD
LG