Accessibility links

Almaniya və Rusiya liderləri qaz kəmərinin açılışı mərasimində iştirak edirlər


Almaniya və Rusiya liderləri qaz kəmərinin açılışı mərasimində iştirak edirlər
Almaniya və Rusiya liderləri qaz kəmərinin açılışı mərasimində iştirak edirlər

Bu gün Rusiya və Almaniya liderləri 10.2 milyard dollarlıq qaz kəmərini açırlar. Almaniya kansleri Angela Merkel və Rusiya prezidenti Dmitri Medvedev Baltik dənizi vasitəsi ilə Almaniyanın Lyubmin şəhərinə uzanan qaz kəmərinin açılışı mərasimində iştirak edirlər. Rusiyanın Sankt-Peterburq şəhərindən başlayaraq Baltik dənizindən Almaniyaya gedən qaz kəmərinin uzunluğu 1200 km-dən çoxdur. Bu qaz kəməri vasitəsi ilə Avropa Birliyi ölkələrinə 50 il müddətində ildə 55 milyard kub metr təbii qaz ötürüləcəyi nəzərdə tutulur.

XS
SM
MD
LG