Accessibility links

Rövnəq Abdullayev: Azərbaycan faktiki olaraq Transxəzər qaz kəməri layihəsinin iştirakçısı deyil


12 sentyabr 2011-ci ildə Avropa İttifaqı Avropa Komissiyasına Azərbaycan və Türkmənistan hökumətləri ilə Transxəzər qaz kəmərinin tikintisi üzrə danışıqlar aparmaq mandatı verib.

Azərbaycan faktiki olaraq Transxəzər qaz kəməri layihəsinin iştirakçısı deyil. Turan Agentliyinin məlumatına görə bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib.
Yalnız Avropa İttifaqı və Türkmənistan bu layihə üzrə razılıq əldə etdikdən sonra Azərbaycan tərəfi qazın öz ərazisindən tranzitinin təmin edilməsi imkanlarına baxa bilər.
“Tərəflər nəticə əldə etdikdə Bakı tranzitin təmin edilməsi variantlarına və imkanlarına baxa bilər”, - deyə cənab Abdullayev qeyd edib.
12 sentyabr 2011-ci ildə Avropa İttifaqı Avropa Komissiyasına Azərbaycan və Türkmənistan hökumətləri ilə Transxəzər qaz kəmərinin tikintisi üzrə danışıqlar aparmaq mandatı verib.
Bu ilin fevralın 29-da Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev bildirib ki, bu il imzalanması nəzərdə tutulan iki mühüm sənəd hazırlanır. Birinci sənəd siyasi xarakter daşıyır və Cənub Qaz Dəhlizinə dəstək ifadə edir. Onu Azərbaycan prezidenti İlham Əliyev və Türkmənistan prezidenti Qurbanqulu Berdımuhammedov, habelə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barrozu imzalayacaq. İkinci sənəd rəsmi Aşxabad və Bakı arasında Transxəzər qaz kəmərinin tikintisi üzrə hökumətlərarası sazişdir. Sənəddə tərəflərin layihənin icrası üzrə məsuliyyəti və zəmanətləri müəyyən olunacaq.

Mövzuya uyğun

XS
SM
MD
LG