Avropa İttifaqı heç bir dövlətlər münasibətlərinin pisləşməsinin, gərginliyin yaranmasının tərəfdarı deyil. Bu barədə Avropa xarici fəaliyyət xidmətinin direktoru Gunnar Viegand Amerikanın Səsi radiosunun transxəzər qaz kəməri ilə bağlı danışıqlar aparmaq üçün Avropa İttifaqının mandatına Rusiya və İranın əks bəyanatı barədə sualının cavabında bildirib.
“Transxəzər layihəsi ilə bağlı Aİ-nin fikri budur ki, biz öz enerji, o cümlədən qaz bazarımızı müxtəlifləşdirmək istəyirik. Eyni zamanda, Azərbaycan da öz enerji bazarını müxtəlifləşdirmək istəyir. Rusiyanın özü də resurslarının bazarını müxtəlifləşdirmək istəyə bilər. Ona görə də biz buna kommersiya baxışından yanaşıırıq”, - deyə o qeyd edib.
Onun fikrincə, Rusiya uzun illərdir Avropanın enerji təchizatçısıdır və bundan sonra da uzun illər təchizatçısı olacaq.
Gunnar Viegand: Avropa İttifaqı Xəzər regionunda gərginlik yaranmasını istəmir
Rusiya uzun illərdir Avropanın enerji təchizatçısıdır və bundan sonra da uzun illər təchizatçısı olacaq.