Accessibility links

Nabucco, Bayerngas şirkətinin yeni Səhmdar olma təşəbbüsünü alqışlayır


Nabucco, Bayerngas şirkətinin yeni Səhmdar olma təşəbbüsünü alqışlayır
Nabucco, Bayerngas şirkətinin yeni Səhmdar olma təşəbbüsünü alqışlayır

Nabucco Gas Pipeline International GmbH şirkəti geniş məlumatla çıxış edib. Məlumata görə, hazırki 5 səhmdar dərhal danışıqlara başlayacaq.

Nabucco Gas Pipeline International GmbH şirkəti, Bayerngas şirkətinin, Nabucconun səhmdarlarından biri olma təşəbbüsünü alqışlayır. Səhmlərin gələcək bölgüsünün konsorsium çərçivəsində müəyyənləşdirilməsi üçün hazırki 6 səhmdar ilə danışıqlar dərhal başlayacaqdır. Bayerngas şirkətinin Nabucco konsorsiumuna qoşulmaq təşəbbüsü bu ğun Vyanada Avstriya İqtisadiyyat Naziri Cənab Reinhold Mitterlehner və Bavariyanın İqtisadiyyat Naziri Cənab Martin Zeil arasında baş tutacaq görüş zamanı müzakirə ediləcəkdir.

NABUCCO Gas Pipeline International GmbH şirkətinin Prezidenti Reynhard Mitçek bildirib: “Bu Nabucco üçün irəliyə doğru böyük addımdır. Boru kəməri üçün güclü emal və satış bazarı Bayerngas kimi yeni səhmdarın gücləndirə biləcəyi mühüm müsbət keyfiyyətdir. Layihə yeni mərhələyə qədəm qoyduğuna görə, Nabucco konsorsiumu yeni səhmdarlar üçün açıqdır. Bayerngas ilə danışıqların başlanması bazar üçün güclü ismarıcdır.”

Nabucco Cənub Qaz Dəhlizində Avropanın flaqman layihəsi olub Xəzər və Orta Şərq regionundan qaz ixracının üçün ən yaxşı marşrutunu təklif edir.

Nabucco

Nabucco Asiyadan Avropaya uzanan yeni qaz körpüsüdür. O, dünyanın ən zəngin qaz regionlarını (Xəzər regionunu və Yaxın Şərqi) birbaşa olaraq Avropa istehlakçı bazarları ilə birləşdirəcək. Boru kəməri Bolqarıstan, Rumıniya və Macarıstan ərazilərindən keçməklə Türkiyənin şərqi hüdudunu Mərkəzi Avropanın ən mühüm qazpaylayıcı qovşaqlarından biri olan Avstriyanın Baumqarten əyalətinə birləşəcək.

“Nabucco Gas Pipeline International GmbH”

“Nabucco Gas Pipeline International GmbH” (NIC) şirkəti Nabucco boru kəmərinin işlənib hazırlanması, inşası və istismarı məqsədilə 24 iyun 2004-cü il tarixində təsis olunub. Baş qərargahı Vyanada yerləşən bu şirkət Aİ qanunvericiliyi çərçivəsində boru kəmərilə nəqletmə şirkətidir. NİC şirkəti Nabucco səhmdarlarına məxsusdur və bu şirkət Nabucco boru kəməri üçün işlənmə, tikinti, istismar, həcm ticarəti və həcmin ayrılmasına cavabdehdir. NİC yükgöndərənlər ilə birbaşa əlaqədə olacaq yeganə şirkətdir və bazarda müstəqil iqtisadi subyekt kimi çıxış etməklə və öz təsisçi şirkətlərindən müstəqil şəkildə fəaliyyət göstərməklə “vahid pəncərə” prinsipli xidmət təklif edəcək. Sözügedən boru kəməri sistemi NİC şirkətinin hər bir tranzit ölkəsindəki törəmə şirkətləri olan Nabukko Milli Şirkətləri (NMŞ-lər) tərəfindən inşa ediləcək.

Səhmdarların strukturu

Nabucco səhmdarları aşağıdakılardır: OMV (Avstriya), MOL (Macarıstan), Transgaz (Rumıniya), Bulgarian Energy Holding (Bolqarıstan), Botaş (Türkiyə) və RWE (Almaniya). Hər bir səhmdar bərabər paya, yəni “Nabucco Gas Pipeline International GmbH” şirkətinin 16,67% səhm payına malikdir. Səhmdarlar qaz təchizatı müqavilələri üzrə danışıqların aparılmasına cavabdehdir.

BEH

“Bulgarian Energy Holding EAD” şirkəti 100% Bolqarıstan dövlətinin mülkiyyətində olan səhmdar cəmiyyətdir. “Bulgarian Energy Holding EAD” şirkətinin struktur tərkibi yeddi törəmə şirkətdən ibarətdir: Mini Maritsa Iztok EAD, Maritsa East 2 TPP EAD, Kozloduy NPP EAD, NEK EAD, Bulgargaz EAD, Bulgartransgaz EAD və Bulgartel EAD. Bu şirkətlərinin kapitalı 100% Holdinqə məxsusdur. BEH şirkətinin iki törəmə şirkəti qazın nəqli və qaz təchizatı sahəsində fəaliyyət göstərir. Həmin şirkətlər Bulgartransgaz EAD və Bulgargaz EAD şirkətləridir. Bulgartransgaz EAD şirkəti BEH EAD şirkətinin törəməsi olmaqla ölkə ərazisində fəaliyyət göstərən və təbii qazın Türkiyə, Yunanıstan və Makedoniyaya nəqlini təmin edən qazötürücü şəbəkənin sahibi və əməliyyatçısıdır. Şirkət həmçinin yeraltı qaz anbarlarına malikdir. Magistral qaz kəmərlərinin ümumi uzunluğu 2645 km-dən çoxdur. Həmin qaz kəmərlərinin 1700 km-i milli qazötürücü şəbəkəyə aiddir. Həmçinin, yerli istehlakçılar və təbii qaz tranzit ötürücüləri üçün qazötürücü şəbəkə 10 kompressor stansiyası və 68 qaz təzyiq-azaltma stansiyasından ibarətdir. 2010-cu ildə Bulgartransgaz EAD şirkəti tərəfindən Balkan regionu ölkələrinə tranzit yolu ilə cəmi 12,2 milyard m3 təbii qaz nəql edilmişdir. BEH EAD şirkətinin törəməsi olan Bulgargaz EAD Bolqarıstanda təbii qazın ictimai təchizatı üzrə yeganə lisenziyanın sahibidir. 2010-cu ildə Bulgargaz EAD şirkəti daxili bazarda 2,662 milyard kub metr təbii qaz satmışdır.

BOTAŞ

Türkiyə dövlətinə məxsus BOTAŞ şirkəti 1974-cü ildə İraqda hasil edilən xam nefti İskəndərun körfəzinə nəql etmək məqsədilə yaradılmışdır. Qərargahı Ankarada yerləşən və 2800 əməkdaşı olan BOTAŞ bütün Türkiyə ərazisində xam neft və təbii qaz sistemlərinin səmərəli şəkildə istismarını təşkil edir. Şirkət ölkə ərazisində uzunluğu təxminən 12000 km olan qaz kəmərləri şəbəkəsinin əməliyyatçısıdır. Bakı-Tbilisi-Ceyhan (BTC) xam neft boru kəmərinin tikintisi başa çatdıqdan sonra BOTAŞ tərəfindən idarə olunan neft kəmərləri sisteminin ümumi uzunluğu 3400 km-ə çatmışdır. İldə 80,2 milyon ton neft təşkil edən mövcud nəqletmə gücü BTC boru kəmərinin istismarı nəticəsində 130 milyon tona qədər artacaq. Təbii qazın alqı-satqısı ilə də məşğul olan BOTAŞ şirkəti 6 müxtəlif ölkədə fəaliyyət göstərən şirkətlərlə bağladığı 8 ayrı alqı-satqı müqaviləsi əsasında yalnız 2010-cu ildə təxminən 33 milyard m3 təbii qaz idxal etmiş və satmışdır ki, həmin həcmin də 5,2 milyard kub metrini Marmara Ereglisi terminalından olan maye qaz təşkil etmişdir. Nabukko layihəsində öz aparıcı rolu ilə bərabər, BOTAŞ Şərqin qaz mənbələrinin Türkiyədən keçməklə Avropaya keçidini təmin edən mühüm qaz nəqliyyat layihələrinin bir hissəsidir.

MOL ŞİRKƏTLƏR QRUPU

MOL Şirkətlər Qrupu Mərkəzi Avropanın beynəlxalq aparıcı neft və qaz şirkətlərindən biri olub 40-dək Avropa, Orta Şərq, Şimali Amerika və MDB ölkələrində fəaliyyət göstərir. Onun bütün dünya üzrə 31000 nəfərdən çox əməkdaşı var. MOL Şirkətlər Qrupu hidrokarbon istehsalı üzrə 70 ildən çox təcrübəyə malikdir. Qrup hazırda gündəlik 150.000 bareldən artıq istehsal gücü ilə dünyanın 11 ölkəsində tədqiqat və 7 ölkəsində hasilat işləri aparır. MOL Qrupu Macarıstan, Slovakiya, Xorvatiya və İtaliyada beş emal və iki neft-kimya zavodunun sahibidir. Şirkət həmçinin Mərkəzi və Cənub Şərqi Avropada 1600 yanacaq doldurma stansiyasına malikdir. MOL ümumi paylaşdırma portfelinin idarə edilməsi il əlaqədar kompleks təchizat formalarından istifadə edir. Qrup, ona məxsus 100 % üzv şirkəti olan FGSZ vasitəsilə Macarıstanda 5800 km uzunluğunda yüksək təzyiqli qaz kəməri sistemini idarə edir.

OMV Aktiengesellschaft

2010-ci ildə qrup satışı 23.32 milyard Avro təşkil edən və 31.398 əməkdaşı olan OMV Aktiengesellschaft Avstriyanın ən böyük sənaye şirkətlərindən biridir. Kəşfiyyat və Hasilat üzrə OMV iki əsas ölkə, Rumıniya və Avstriyada fəaldır və balanslaşdırılmış beynəlxalq portfelə malikdir. Şirkət 2010-cu ilin sonuna təxminən 1.15 milyard barel neft və qaz ehtiyatı aşkar etmişdir. Qaz Təchizatı və Enerji seqmentləri üzrə 2010-cu ildə OMV təxminən 18 mlrd m³ qaz satmışdır. Emal və Marketinq seqmentləri üzrə OMV-nin illik emal gücü 22.3 min ton təşkil etmişdir və 2011-ci ilin İyun ayının sonuna isə Türkiyə daxil olmaqla təxminən 4,700 yanacaq doldurma məntəqələri açmışdır. OMV Avstriyada 2010-cu ildə bazar gücü təxminən 89 mlrd m³ təşkil edən 2.000 km uzunluğunda qaz kəməri şəbəkəsini idarə edir. 2010-cu ildə ticarət həcmi 34 mlrd m³ təşkil etmiş, OMV-nin qaz ticarət platforması “Central European Gas Hub” inkişaf edərək Kontinental Avropanın ən mühüm qazpaylayıcı mərkəzlərindən birinə çevrilmişdir. Türkiyənin pərakəndə ticarət və kommersiya fəaliyyəti sahəsində aparıcı şirkəti olan Petrol Ofisin 97% səhmlərinə sahib olmaqla OMV öz mövqelərini möhkəmləndirmişdir.

Davamlılıq

OMV BMT Qlobal Sazişinin üzvü və Davranış Məcəlləsinə daxil olan dəyərlərin fəal tərəfdarıdır. Bu dəyərlərə sosial və ətraf mühitə, xüsusilə iqtisadi cəhətdən zəif regionlara qarşı güclü məsuliyyət hissi daxildir. OMV məsuliyyətli qaydada daima öz biznesi ilə bağlı iqtisadi, ətraf mühit və sosial məsələlərə dair rəsmi çıxışlar edir. Şirkət dayanıqlıq hesabatında Qlobal Təşəbbüs Hesabatına uyğun olaraq öz fəaliyyəti haqda məlumat verir.

RWE AG

RWE Şirkətlər Qrupu Avropanın elektrik enerjisi və qaz istehsal edən beş aparıcı müəssisələrindən biridir. 1898-ci ildə təsis edilmiş Qrup elektrik enerjisi və qazın istehsalı, alqı-satqısı, nəqli və təchizatı sahəsində fəaliyyət göstərir. 71000 nəfərdən çox əməkdaşı 16 milyondan çox istehlakçını elektrik enerjisi ilə, 8 milyon istehlakçını isə qazla təmin edir. 2010-cu maliyyə ilində Qrup 53,3 milyard avro gəlir əldə etmişdir. RWE Supply & Trading GmbH uğurlu topdansatış ticarət fəaliyyətini uzunmüddətli qaz təchizatı, strukturlaşdırma və biznesin optimalaşdırılması ilə birləşdirir. “RWE Supply & Trading” şirkəti RWE Şirkətlər Qrupunun satınalma, nəqliyyat və saxlanma ilə əlaqədar tənzimlənməyən ümumi qaz biznesi üçün iqtisadi cəhətdən əlverişli şərait yaratmağa dair cavabdehlik daşıyır. Məqsədinə nail olmaq üçün şirkət boru kəməri layihələri ilə məşğul olur və qaz boru kəmərinin təchizatçıları, eləcə də maye qaz təchizatçıları ilə biznes əlaqələrini gücləndirir. Hazırda RWE Şirkətlər Qrupu Avropada ildə 50 milyard kub metr qaz təchizatı portfelini idarə etməklə ildə 3 milyard kub metrdən artıq qaz hasil edir və ümumi tutumu təxminən 6 milyard kub metr təşkil edən qaz anbarlarına malikdir.

“TRANSGAZ” ŞİRKƏTİ

Rumıniyanın Milli Qazötürücü Şirkəti olan və qərargahı Mediasda yerləşən “Transgaz” əvvəllər mərkəzləşdirilmiş “Romgaz” milli qaz şirkətinin hüquqi yolla bölünməsi nəticəsində 2000-ci ilin aprelində yaradılmışdır. “Transgaz” şirkətinin nizamnamə kapitalının 73,5 %-i İqtisadiyyat və Maliyyə Nazirliyinin şəxsində Rumıniya dövlətinə, 15%-i Proprietatea Fonduna məxsusdur, 11%-i 2008-ci ilin yanvarında Rumıniya fond birjasında satışa çıxarılmışdır. Şirkətin əsas fəaliyyət sahəsi təbii qazın ötürülməsi, nəqli və beynəlxalq tranziti, eləcə də təbii qazın ötürülməsi sahəsində tədqiqat və layihələndirmə işləridir. Son dörd il ərzində Milli Qazötürücü Sistem vasitəsilə 11,5 milyard kub metr (2003) 15,2 milyard kub metr (2006-cı il) və 11,5 milyard kub metrə (2010-cu il) qədər qaz nəql edilmişdir. Hal-hazırda “Transgaz” şirkəti ümumi uzunluğu 13240 km-dən artıq olan boru kəmərləri şəbəkəsini idarə edir. 2006-cı ildə şirkətin dövriyyəsi 268.8 milyon, 2010-cu ildə şirkətin dövriyyəsi 311,9 milyon Avro təşkil etmişdir.

XS
SM
MD
LG