"Şahdəniz" yatağının işlənməsinin "Mərhələ 2" layihəsi çərçivəsində Azərbaycan qazının boru kəməri layihələrinin iştirakçılarından təkliflərin qəbulunun son günü yaxınlaşır. Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) "Şahdəniz" səhmdarları ilə birgə təklifləri oktyabrın 1-dək qəbul edir.
Turan Agentliyinin məlumatına görə, "Şahdəniz"dən qaz idxalında maraqlı olan boru kəməri şirkətlərinin hamısı (Nabucco, ITGI və TAP) öz təkliflərini verib. Son dəqiq məlumata görə, VR və tərəfdaşları "Mərhələ-2" layihəsi çərçivəsində hasilata 2017-ci ilin ikinci yarısında başlamağı və 2019-cu ildə plan səviyyəsinə - sutkada 43,8 mln m3-ə (illik 16 mlrd m3) çatmağı planlaşdırır. Avropa bazarına ildə 10 mlrd m3 qaz tədarükü nəzərdə tutulur.
Turan bildirir ki, "Nabucco"nun layihələndirilməsi və tikintisi üçün məsul olan Nabucco International Pipeline Company bu ilin yayından Azərbaycan tərəfi ilə sıx işləyib və borunun tikintisi və kommersiya məsələləri üzrə geniş plan təqdim edib. "Son yarım ildə "Nabucco" təmsilçiləri 3 ildə görmədiyimiz işi görüb. İlin əvvəlindən "Nabukko" Aİ-nin güclü siyasi dəstəyini görüb. Amma bu, o demək deyil ki, başqa layihələr Xəzər qazı üçün mübarizə aparmır. Ona görə şirkətlər ARDNŞ ilə aktiv yazışmalar aparır və oktyabrın 1-dək öz kommersiya təkliflərini korrektə edə bilərlər", - deyə agentlik qeyd edir. Yaxın günlərdə, yəqin ki, Azərbaycan qazının Türkiyə-Bolqarıstan, Bolqarıstan-Rumıniya, Rumıniya-Macarıstan, Macarıstan-Xorvatiya birləşdirici magistral qaz kəmərləri vasitəsilə ixracı üzrə bu yaxınlarda BP tərəfindən səsləndirilən təkliflər də sənədləşdiriləcək.
Son dəqiq məlumata görə, VR və tərəfdaşları "Mərhələ-2" layihəsi çərçivəsində hasilata 2017-ci ilin ikinci yarısında başlamağı və 2019-cu ildə plan səviyyəsinə - sutkada 43,8 mln m3-ə (illik 16 mlrd m3) çatmağı planlaşdırır. Avropa bazarına ildə 10 mlrd m3 qaz tədarükü nəzərdə tutulur.