Accessibility links

"Nabucco-West" qaz kəməri 4 milyard avroya tikiləcək


“Nabucco” kəməri
“Nabucco” kəməri

1315 kilometr uzunluğunda olan boru xətti Türkiyənin Bolqarıstanla sərhəddindən başlayaraq Avstriyanın Baumqarten qazpaylaşdırıcı məntəqəsinə qədərdir

„Nabucco-West“ qaz kəməri layihəsinin tikinti xərcləri təxminən 4 milyard avro təşkil edəcəkdir. “

Nabucco Gas Pipeline International GmbH“ konsorsiumunun məlumatına görə, qaz kəmərinin ilkin layihəsindən fərqli olaraq, boru xəttinin məsafəsinin azalması ilə əlaqədar hazırkı layihənin smeta dəyəri ikiqat aşağı olacaq.

„Nabucco-West“ qaz kəməri layihəsinə əsasən 1315 kilometr uzunluğunda olan boru xətti Türkiyənin Bolqarıstanla sərhəddindən başlayaraq Avstriyanın Baumqarten qazpaylaşdırıcı məntəqəsinə qədər çəkilməlidir.

İlkin marşrut xətti isə Şərqi Türkiyədən başlamaqla ümumi uzunluğu 3300 km nəzərdə tutulurdu. Azərbaycan və Türkiyə arasında Trans-Anadolu təbii qaz boru xətti (TANAP) layihəsinin imzalanması ilə qısaldırmış variant – „Nabucco-West“ layihəsi meydana gəlmişdir.

TANAP boru xətti ilə nəqli olunacaq mavi yanacağı Türkiyənin qərb sərhədlərindən Avropa bazarlarına çıxarmaq üçün „Şahdəniz“ konsorsiumuna hazırda „Nabucco-West“ kəməri ilə yanaşı Trans-Adriatik qaz kəməri (TAP) də yekun tədarük marşrutu kimi öz təkliflərini vermişdir.
XS
SM
MD
LG