Accessibility links

“Nabukko”nun hüquqi bazası müzakirə edilib


 “Nabucco” qaz kəməri layihəsi
“Nabucco” qaz kəməri layihəsi

Tranzit ölkələrin nazirlərindən ibarət “Nabukko” siyasi komitəsinin görüşündə qaz kəməri layihəsinə tam siyasi və hüquqi dəstək ifadə edilib

Oktyabrın 8-də Avstriyada Nabucco komitəsinin təşkilatçılığı ilə Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan və Avstriyanın energetika nazirləri, energetika üzrə avrokomissar Günter Ottinger, Bolqarıstanın baş naziri Boyko Borisov, eləcə də Türkiyə və Azərbaycan nümayəndə heyətlərinin görüşü olub. Tədbirdə “Nabukko”nun hüquqi bazası müzakirə edilib. Bu barədə Nabucco Gas Pipeline International GmbH mətbuat katibi Kristian Dolezal məlumat yayıb.

Onun sözlərinə görə, iclas layihənin güclü hüquqi bazasının – hökumətlərarası saziş və Nabucco layihəsinə (IGA, PSA) dəstəyin təsdiqi, eləcə də siyasi dəstəyin möhkəmləndirilməsi məqsədini daşıyıb.

Tranzit ölkələrin nazirlərindən ibarət “Nabukko” siyasi komitəsinin görüşündə qaz kəməri layihəsinə tam siyasi və hüquqi dəstək ifadə edilib.

Siyasi komitə imzalanmış hökumətlərarası müqavilələr (Inter Governmental Agreement, Project Support Agreement) çərçivəsində layihəyə tam dəstək ifadə ediblər.
Tərəflər həmçinin layihənin Bolqarıstan sərhədindən başlayacağını təsdiq edib.

“Nabukko”nun icraçı direktoru Reynhard Mitşek deyib.

“Siyasi komitə “Nabukko”nu dəstəklədiyini təsdiq edib və bu öhdəlik layihəni Cənub Dəhlizi çərçivəsində ən sərfəli layihə və Avropa və Türkiyədə investorlar, istehsalçılar və qaz istehlakçıları üçün ən cazibədar layihədir. Biz riskləri minimuma endiririk və layihənin hüquqi müdafiəsini maksimuma çatdırırıq”.

Bu layihə Avropada 500 mln. insanı Xəzər sahillərindən gələn qazla təchiz etmək üçün nəzərdə tutulub. “Nabukko” konsorsiumu “Şahdəniz 2” və TANAP layihələri ilə fəal işi davam etdirir.

Xatırladaq ki, bu ilin iyununda “Şahdəniz” konsorsiumu Nabucco West layihəsini qazın cənub-şərqi və mərkəzi Avropaya tədarükü üzrə prioritet marşrut kimi qəbul edib.
XS
SM
MD
LG