Accessibility links

ABŞ səfirliyi: Ramiz Mehdiyevin bəyanatı yanlışdır


Amerikanın Bakıdakı səfirliyi_logo
Amerikanın Bakıdakı səfirliyi_logo

Azərbaycan Prezident Administrasiyasının rəhbəri Amerika və ATƏT/DTİHB-nin prezident seçkiləri ilə bağlı mövqeyini kəskin tənqid edib

Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin “Yeri gəlmişkən, ABŞ-dan olan rəsmi şəxslər Milli Şuranın nümayəndəsinə seçicilərin 25 faizinin səsini verməyi, qalan 74-75 faizini isə özümüzə saxlamağı məsləhət görmüşdülər”, bəyanatı yanlışdır. Bu barədə Amerika Birləşmiş Ştatlarının Bakıdakı səfirliyi Amerikanın Səsinin sorğusuna cavabda bildirib.

Oktyabrın 14-də Ramiz Mehdiyev Azərbaycanın dövlət agentliyi və bir sıra digər agentliklərə müsahibə verib.

O Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkilərinin beynəlxalq standartlara uyğun olmadığını bildiriən Amerika Dövlət Departamenti və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunu kəskin tənqid edib. Amerika və ATƏT/DTİHB-nə qarşı ittihamlar irəli sürüb.

R.Mehidyev deyib: “Yeri gəlmişkən, ABŞ-dan olan rəsmi şəxslər Milli Şuranın nümayəndəsinə seçicilərin 25 faizinin səsini verməyi, qalan 74-75 faizini isə özümüzə saxlamağı məsləhət görmüşdülər. Yəni, səslərin nisbəti belə olarsa ABŞ Dövlət Departamentinin rəyi balanslaşdırılmış olacaqdı. Məntiqə görə, əgər biz bu məsləhətə əməl etməsək, bütün digər hallarda onların rəyi mənfi olacaqdı. Nəticə məlumdur. Göründüyü kimi, bu sadəcə dost məsləhəti deyil, ciddi xəbərdarlıq imiş.

Belə çıxır ki, biz şəffaf, ədalətli seçkilər deyil, saxta seçkilər keçirməli idik. Özü də bu halda bizim tərəfdaşlarımızın arzusu ilə prezidentliyə müəyyən namizədlərə uydurma faizlər yazmalı idik. Məgər bu, Azərbaycan seçicilərinin ləyaqətinin, onların milli hisslərinin təhqir edilməsi deyilmi? Axı onlar hansı siyasi platformaya səs vermək lazım olduğunu heç kəsin müdaxiləsi olmadan özləri müəyyən edir”

Mövzuya uyğun

XS
SM
MD
LG