Accessibility links

ATƏT-in mətbuat konfransında qalmaqal [Video]


ATƏT-in mətbuat konfransında qalmaqal
please wait

No media source currently available

0:00 0:03:33 0:00
Direct link

ATƏT-in mətbuat konfransında qalmaqal

"Səs" qəzetinin baş redaktoru ATƏT-i qərəzlilikdə ittiham edib.

ATƏT-in qısamüddətli müşahidə missiyasına rəhbərlik etmiş Mişel Vuazen və ATƏT/DTİHB-nun uzunmüddətli müşahidə missiyasına rəhbərlik etmiş Tana de Zulyeta 9 oktyabr prezident seçkisinə dair ilkin hesabatını təqdim edib.

Missiyaların seçkilərin azad, ədalətli, demokratik keçməməsi, qanun pozuntularının qeydə alınması barədə bəyanatları iqtidaryönümlü, rəsmi media nümayəndələri və salondakı iqtidaryönümlü digərlərinin mənfi reaksiyası ilə qarşılanıb . Bu daha sonra tezliklə daha kobud reaksiyaya çevrilib.

Sual-cavab sessiyasına 15 dəqiqə vaxt ayrılması həmin şəxslər tərəfindən etirazla qarşılanıb. Həmin şəxsər mətbuat konfransına imkan verməyib, gah əl çalıblar, gah tribunaya doğru yürüş ediblər, uğultulu səslər çıxarıb. Nəhayətdə mətbuat konfransı pozulub.

İqtidaryönümlü həmin şəxslər, hətta Mətbuat Şurasının bəzi üzvləri ayağa qalxaraq etiraz nitqləri söyləyib.Bir çox halda sual əvəzinə uzun-uzadı iqtidarı müdafiə nitqləri söyləyiblər.

Amerikanın Səsinin konfransdan olan müxbirinin verdiyi məlumata görə, mətbuat konfransı 45 dəqiqədən sonra bərpa edilib və missiya üzvlərinin çoxu yenidən konfrans zalına qayıtmayıb.

ATƏT nümayəndələri konfrans zamanı dəfələrlə jurnalistləri qaydalar əməl etməyə, çıxış yox sual verməyə dəvət edib.
XS
SM
MD
LG