Accessibility links

ABŞ: ATƏT-in dəyərləndirməsi ilə razıyıq [Audio]


Bir qədər əvvəl Amerikanın Səsinin müxbiri Scott Stearns-ün sualına cavab olaraq ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf Azərbaycanda prezident seçkilərinin nəticələrinə münasibət bildirib.

Sual: "ATƏT deyir ki, seçkilər beynəlxalq standartlara cavab verməyib. Azərbaycan hökuməti isə deyir ki, bu, ölkənin demokratik dəyərlərə sadiq qaldığını göstərən tarixi bir seçki olub. Hansını seçirsiniz?"

Cavab: “Fikrimcə burada biz ATƏT-lə razılaşmalı olacağıq. Bildiyiniz kimi seçkilər dünən keçirilib. Biz hadisələri yaxından izləmişik. Azərbaycan hökumətini dəfələrlə azad və ədalətli seçki prosesi keçirməyə çağırmışıq. Və təəssüf edirik ki, bu seçkilər beynəlxalq standartlara cavab verməyib. ATƏT-in hesabatını qeyd etdiniz. Hesabatda seçki günü ciddi problemlərin qeydə alındığı deyilir. Bunlara seçki qutularına topa şəklində bülletenlərin atılması, səsvermə prosesində nizamsızlıqlar daxildir. Hətta seçki öncəsi prosesdə pozuntuların qeydə alındığı deyilir. ABŞ-ın Bakıdakı səfirliyi də oxşar problemlər qeydə alıb. Əlbəttə, prosesdə olan belə çatışmazlıqlar bizi narahat edir. Bildiyiniz kimi, seçki sonrası proses də seçki günü baş verən ümumi proses qədər mühümdür. Ona görə də biz Azərbaycan hökumətini sərbəst toplaşmaq, ifadə və söz azadlığına hörmət etməyə və zorakılıqdan yayınmağa çağırırıq.”

Daha sonra Amerikanın Səsi müxbiri bu bəyanatın Birləşmiş Ştatlar-Azərbaycan əlaqələrinin gələcəyinə hər hansı təsirinin olub-olmayacağını soruşub. Sözçü vəziyyəti dəyərləndirəcəklərini deyib:

“Biz vəziyyəti dəyərləndirməyə davam edəcəyik və siyasətimizi nəzərdən keçirərək bundan sonra necə addım atacağımıza baxacağıq,” deyə ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf bildirib.

please wait

No media source currently available

0:00 0:01:24 0:00
Direct link
XS
SM
MD
LG