Accessibility links

ABŞ Dövlət Departamenti: Azərbaycan rəsmilərini ifadə və sərbəst toplaşmaq azadlıqlarını qorumağa çağırırıq


Amerikanın Səsinin müxbiri Scott Stearns-ün sualına cavab olaraq ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf Azərbaycan seçkilərinə münasibət bildirib:

Dövlət Departamentinin Azərbaycanda seçkiqabağı vəziyyətlə bağlı açıqlaması
please wait

No media source currently available

0:00 0:01:08 0:00
Direct link


“Biz seçki gününə qədər azad, ədalətli və şəffaf prosesin təmin olunmasına çağırmağa davam edirik. Birləşmiş Ştatlar seçki prosesində Azərbaycanda bütün insanların dinc iştirakını təşviq edir və seçki günü və bundan sonra zorakılıq və təhrikə yol verilməməsi və bunun qarşısının alınmasına çağırır. Biz həmçinin rəsmiləri ifadə və sərbəst toplaşmaq azadlıqları kimi fundamental hüquqların təmin edilməsinə çağırırıq. Azərbaycanın beynəlxalq ictimaiyyət arasında başqa dostları kimi jurnalistlərə, bir qrup jurnalistə oktyabrın 4-ü hücuma görə dərin narahatlıq keçiririk. Seçkidən sonra Birləşmiş Ştatlar seçki prosesinin qiymətləndirilməsi ilə bağlı açıqlama verəcək. Bu həftənin sonu bunun açıqlanacağını gözləyirik.”

Dövlət Departamentinin sözçüsü Marie Harf Amerikanın Səsinin müxbirinin “Azərbaycan hökuməti seçki prosesində azadlıqları təmin edirmi?” sualını da cavablandırıb: “Bununla bağlı bir neçə hesabatın şahidi olmuşuq. Bunlardan biri ATƏT-in bu yaxınlarda seçki prosesində insan hüquqlarının pozulması hallarının qeyd edildiyi hesabatıdır. Fikrimcə, bu hesabatda seçki kampaniyası dövrü həm müsbət, həm də mənfi cəhətləri obyektiv şəkildə nümayiş etdirir. Biz rəsmiləri irəliyə doğru addım ataraq, ifadə və sərbəst toplaşmaq azadlıqlarını müdafiə etməyə çağırmağa davam edirik.”
XS
SM
MD
LG