ATƏT-in qısamüddətli müşahidəçilərinə rəhbərlik etmiş Mişel Vuazen, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) uzunmüddtəli müşahidə missiyasına rəhbərlik etmiş Tana de Zulyeta 9 oktyabr prezident seçkilərinə dair ilkin hesabatını təqdim edib.
ATƏT-in hər iki müşahidə missiyası seçkiləri tənqid edib və hesab edir ki, ölkədə ədalətli, demokratik, azad seçki mühiti təmin olunmayıb.
Eyni zamanda seçki prosesinə müdaxilələr olunub. Birləşmək, toplaşmaq və fundamental insan azadlıqlarına maneələr olub.
Qısa müddətli missiyasının rəhbəri Mişel Vuazen deyib ki, ümumilikdə 1143 məntəqədə müşahidə aparıblar.
Onun sözlərinə görə seçki günü proseslərin hər bir mərhələsində əhəmiyyətli problemlər müşahidə olunub.
“Bunlar da ATƏT qarşısında həqiqi və demokratik seçkilərlə bağlı Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsindəki ciddi maneələrin olduğunu göstərir” - deyə o, bildirib.
Mişel Vuazen seçici fəallığının 72 faiz olmasını Avropa ilə müqayisə oluna bilən fəallıq adlandırıb.
Onun sözlərinə görə səsvermənin 12 faizi düzgün olmayıb. Kopenhagen aktına zidd olaraq məntəqələrin 58 faizində pozuntu qeydə alınıb.
Öz növbəsində ATƏT/DTİHB-nun uzunmüddtəli müşahidə missiyasına rəhbərlik edən Tana de Zulyeta fikrini bildirib.
“Ən ciddi narahatlıq seçkilər başa çatandan sonra səslərin sayılması zamanı olub. Seçki müşahidə missiyası səslərin sayılması prosesində belə qənaətə gəlib ki, əhatə etdiyi ərazilərdə 58 faiz pis və ya çox pis kimi qiymətləndirilib" - deyə o, qeyd edib.
Zulyeta seçkilər müddətində “ifadə, birləşmək və toplaşmaq azadlıqlarının məhdudlaşdırıldığını”, seçki prosesinə müdaxilə hallarının qeydə alındığını bildirib.
O Azərbaycan vətəndaşlarının bütün bu haqlarının bərpasına nail olacaqlarına ümid etdiyini bildirib.
Bəyanatın tam mətnini buradan oxuya bilərsiniz.