Accessibility links

AZAD ABŞ rəsmilərini İlham Əliyevi təbrik etməməyə çağırdı


Подорож з Байденом.<br />
<br />
У Києві біля трапу літака віце-президента США зустрічають посол США в Україні та Арсеній Яценюк.
Подорож з Байденом.<br /> <br /> У Києві біля трапу літака віце-президента США зустрічають посол США в Україні та Арсеній Яценюк.

Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda təşkilatı bəyanat açıqlayıb

ABŞ-da qeydiyyatdan keçmiş Azərbaycanlı Amerikalılar Demokratiya Uğrunda (AZAD) təşkilatı Azərbaycanda keçirilmiş prezident seçkilərinə dair bəyanat açıqlayıb. Amerikanın Səsinin AzeriReport.com saytından əldə etdiyi məlumatına görə, açıqladığı bəyanatda AZAD bütün Amerika rəsmilərini "qəbuledilməz şərtlər altında keçirilmiş və açıq şəkildə saxtalaşdırılmış seçkilərə legitimlik verməməyə" çağırıb.

"ABŞ Dövlət Departamenti, ATƏT-in rəsmi müşahidə missiyası və başqa etibarlı monitorinq təşkilatları bu seçkilərin beynəlxalq standartlara cavab vermədiyi qənaətinə gəlib. Azərbaycan xalqı öz hökumətini seçmək hüququndan məhrum edilib. Ona görə də, Azərbaycanlı-Amerikalılar Demokratiya Uğrunda təşkilatı İlham Əliyevin prezidentliyinin davam etməsini legitimlikdən uzaq hesab edir," deyə bəyanatda bildirilir.

Bəyanatda habelə Azərbaycan hökumətinin seçki saxtakarlığına qarşı beynəlxalq tənqidləri qəzəbli şəkildə rədd etdiyi bildirilir və bəzi ABŞ rəsmilərinin İlham Əliyevi təbrik etməsi təəssüf hissi ilə xatırladılır: "Öz xalqına qarşı saxtalarlığa yol vermiş, korrupsiyaya bulaşmış xarici despotu təbrik etməyin heç bir izahı yoxdur. Belə etməklə bu rəsmilər Amerikanın demokratik dəyərlərinə və öz seçicilərinin inamına xəyanət etmiş olurlar."

Bəyanatda bəzi qubernatorların və Konqres üzvlərinin İlham Əliyev rejiminin lobbiçilərinin xüsusi maraqlarını Birləşmiş Ştatların milli maraqlarından üstün tutmasının təəssüflə qarşılandığı bildirilir.
XS
SM
MD
LG