Accessibility links

Avropa İttifaqı Azərbaycanda keçirilən prezident seçkilərini tənqid edib


Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Ketrin Eşton və Genişlənmə üzrə Avropa komissarı Ştefan Füle
Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Ketrin Eşton və Genişlənmə üzrə Avropa komissarı Ştefan Füle
Avropa İttifaqının xarici siyasət üzrə ali komissarı Ketrin Eşton və Genişlənmə üzrə Avropa komissarı Ştefan Füle Azərbaycanda oktyabrın 9-da keçirilmiş prezident seçkiləri ilə bağlı kəskin tənqidlə çıxış ediblər.

“Ali nümayəndə və Komissar ATƏT/DTİHB Beynəlxalq Müşahidə Missiyasının ilkin tapıntılarını və nəticələrini nəzərə alır.

Seçkidə güclü seçici fəallığı Azərbaycan xalqının demokratik prosesə sadiqliyini göstərir. Ancaq ATƏT/DTİHB-nin ilkin nəticələri seçki günü proseslərinin bütün mərhələlərində ciddi problemləri üzə çıxarıb.

Ciddi qüsurlar müəyyən olunub– söz azadlığına, toplaşma və birləşmə azadlıqlarına məhdudiyyətlərdən dolayı bütün namizədlər üçün bərabər imkan yaranmayıb.

Azərbaycanın beynəlxalq öhdəliklərinə əməl olunması üçün bu problemlər həll olunmalıdır. Eyni zamanda, seçki şikayəti vermiş vətəndaşların müraciətlərinə səmərəli baxılacağına təminat verilməlidir”.deyə bəyanatda qeyd olunub.

Ketrin Eşton və Ştefan Füle Azərbaycan hakimiyyətini beynəlxalq ictimaiyyətin tövsiyələrini nəzərə almağa və demokratiyanın inkişafı və qanunun aliliyi istiqamətində addımlar atmağa çağırır, deyə bəyanatda vurğulanıb.

Hər iki təmsilçi Şərq Tərəfdaşlığı və Avropa Qonşuluq Siyasətinə uyğun olaraq ikitərəfli gündəmlə yanaşı Azərbaycanla yaxın əməkdaşlığı davam etdirmək istəyini bildirib.
XS
SM
MD
LG