Accessibility links

Ağdamda mina partlayıb, mina təmizləyən xəsarət alıb


Azərbaycanın Ağdam rayonunun Sırxavənd kəndi (Bakıdan 333 kilometr qərb) ərazisində mina partlayışı baş verib.

Bu barədə Daxili İşlər Nazirliyi (DİN) və Minatəmizləmə Agentliyinin (ANAMA) məlumat yayıb.

Məlumatda deyilir ki, ANAMA-nın əməkdaşı Hasil Yusubov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində onun sol ayağı topuq nahiyəsindən amputasiya olunub.

"Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir", məlumatda qeyd edilib.

ANAMA-nın məlumatına görə, 1991-ci ildən bəri 3429 şəxs mina qurbanı olub ki, onların 358-i gənc və ya uşaq, 38-i qadındır.

2020-ci ildəki 44 günlük müharibədən sonrakı dövrdə isə ümumilikdə 362 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 51 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 66 nəfər həlak olub.

Ekspertlərin fikrincə, ölkə ərazisində yüz minlərlə mina və ya partlamamış hərbi sursat qalıqları var.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:12:05 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p

No media source currently available

0:00 0:25:08 0:00
  • Auto
  • 240p
  • 360p
  • 480p
  • 720p
  • 1080p
XS
SM
MD
LG