Accessibility links

Azərbaycan rəsmiləri Ermənistanın verdiyi mina xəritələrində koordinatların yanlış olduğunu bildirir


Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) məlumat verir ki, Ermənistan Azərbaycanın nəzarətinin bərqərar edildiyi ərazilərdə mövcud olan mina sahələrinə dair 8 formulyarı Azərbaycana təqdim edib, lakin təqdim edilən formulyarlardakı məlumatlar "qeyri-dəqiq, etibarsız və natamam" əks olunub. Ermənistan tərəfi xəritələrin habelə beynəlxalq tərəfdaşlara təqdim olunduğunu və lazım gələrsə onların dürüstlüyünün onlar tərəfindən yoxlanıla bilməsinin seçim olduğunu bildirib.

"Formulyarlar üzərində təhlil və emal işləri aparıldıqdan sonra qeyd edilən məlumatların real mina sahələri ilə uzlaşmadığı, istinad nöqtələrinin koordinatlarının yanlış və yararsız olduğu müəyyən edilib," ANAMA-nin məlumatında qeyd edilir.

Azərbaycan rəsmiləri ANAMA bildirir ki, keçmiş təmas xəttinin Xocavənd, Tərtər və Goranboy rayonları ərazisindən keçən hissəsi, habelə 2020-ci ilin noyabr ayında geri çəkilən zaman Ermənistan hərbi birləşmələri tərəfindən minalanmış ərazilər barədə məlumatlar hələ də təqdim edilməyib.

Ermənistan xarici işlər nazirliyi ANAMA-nin açıqlamasını şərh edərək xəritələrin Azərbaycan tərəfinə yanvarın 26-da "etimad qurmaq" məqsədilə ötürüldüyünü bildirib.

"Azərbaycan tərəfinin lüzumsuz spekulyasiyalarını nəzərdə tutaraq Ermənistan Respublikası həmçinin bu xəritələri bəzi beynəlxalq tərəfdaşlara təqdim edib və onlar xəritələrin dəqiqliyini toxlamaq üçün prosesə cəlb oluna bilərlər," rəsmi Yerevan bildirib.

İkinci Qarabağ müharibəsindən sonra Ermənistan tərəfi əsgərlərinin əsirlikdən azad edilməsi müqabilində Azərbaycana bir sıra xəritələr verib.

Azərbaycan rəsmilərinin verdiyi məlumata görə, 2020-ci il Qarabağ müharibəsi başa çatdıqdan sonra 345 nəfər Azərbaycan vətəndaşı mina və döyüş sursatlarının partlaması nəticəsində xəsarət alıb. 65 nəfər, o cümlədən 50 dinc sakin həlak olub, 278 nəfər yaralanıb.

Müşahidəçilərin fikrincə, Azərbaycanın münaqişə gedən ərazilərində yüz minlərlə mina var.

ABŞ-ın Azərbaycandakı səfirliyi bildirib ki, regional sülhü və əməkdaşlığı təşviq etmək üçün ABŞ 2021-ci ilin noyabr ayından Azərbaycanda münaqişədən təsirlənən ərazilərdə humanitar minalardan təmizləmə əməliyyatları üçün $2,5 milyon dollar ayırıb.

Forum

XS
SM
MD
LG