Accessibility links

Kyiv vilayətindəki könüllülər məktəbdə unikal bir bomba sığınacağı inşa edib


Kyiv vilayətindəki könüllülər məktəbdə unikal bir bomba sığınacağı inşa edib
please wait

No media source currently available

0:00 0:03:12 0:00

Kyiv vilayətindəki könüllülər məktəbdə unikal bir bomba sığınacağı inşa edib

Ukraynanın Kyiv vilayətindəki könüllülər "Hobbit" filmlərindəki bir evə oxşayan bomba sığınacağı inşa edib. Bu məktəb Rusiyanın genişmiqyaslı işğalı başlayanda dağılıb. Könüllülər onu yenidən bərpa etdikdən sonra orada şagirdlər üçün maraqlı bir sığınacaq da əlavə edib.

Ukraynanın Kyiv şəhəri yaxınlığındakı bu məktəb 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı işğalı başlayanda atəşə tutularaq, dağıdılmışdı və 6 ay əvvəl yenidən açılıb. Məktəb direktoru Natalya Roq: "Məktəbin damı və divarları uçmuş, eyvanı tamamilə dağılmışdı. Məktəbin yaxınlığında mina və mərmi partlayışlarından təxminən 15 çuxur var idi. Lövhədə isə hələ də 23 fevral yazılmışdı. Çox ağladım".

Bölgə işğaldan azad edildikdən sonra yerli "Qurtum" xeyriyyə təşkilatının könüllüləri məktəbin bərpasına yardım etməyi təklif etdilər. Əvvəlcə yalnız dam örtüyünü təmir etməyi planlaşdırsalar da, dünya donorlarının sayəsində məktəb tamamilə yeniləndi. "Qurtum"un təsisçisi Oleksandr Kaqal: "İndi sığınacağı olmayan məktəb açmaq qadağandır. Beləliklə, biz də onu necə quracağımız barədə düşünməyə başladıq".

Nəticədə Kaqal adi sığınacaq tikmədi. "Sığınacaq kiçik və zirzəmidə olmalıdır. Beləliklə, ilk birlik hobbitlər və onların evləri idi" - deyə, Oleksandr Kaqal bildirir.

Saxta pəncərələrı, yuvarlaq qapılar əvə divarlardakı rəsmləri ilə bu sığınacaq birbaşa "Hobbit" filmlərindəki kimi görünür. Ən əsası isə bura şagirdlərin xoşuna gəlir və hava hücumu sirenləri başlayanda onlar içəri girməkdən çəkinmirlər. Natalya Roq: "Bu sığınacağın forması, şübhəsiz ki, tələbələrin psixoloji gərginliyini azaldır. Bu, nağıla girmək kimidir. Orada heç bir uşaq ağlamadı, heç biri mənə "anamı istəyirəm" deməyib".

Burada hava sirenləri tez-tez eşidilir.

Buna öyrəşmiş şagirdlər paltarını geyinir, təcili yardım çantalarını götürüb sığınacağa gedir. Polina adlı şagird: "Hava sireni o deməkdir ki, sığınacağa getməliyik."

Myxaylo adlı Şagird: "Bu, meşədəki sığınacaq kimidir, qorxulu deyil."

Maraqlı görünüşünə baxmayaraq, sığınacaq son dərəcə təhlükəsizdir və içərisində bütün şərait var. "Qurtum" təsisçisi Oleksandr Kaqal: "Bizim bio-tualetimiz, qızdırıcımız, elektrik enerjimiz və internetimiz var. Uzun sürən hava sireni vəziyyətində su və peçenye olan qutumuz var. Sığınacağın şərçivəsi dəmir betonla örtülüb. İki çıxışı var".

Kaqal müharibədən sonra bu sığınacağı yaradıcılıq otağına çevirmək istədiyini və həmin vaxtın tezliklə gələcəyinə ümid etdiyini deyir.

Forum

XS
SM
MD
LG