Accessibility links

Peter Mixalko: Avropa İttifaqı minatəmizləmə sahəsində Azərbaycanın ən böyük tərəfdaşlarından biridir


Peter Mixalko
Peter Mixalko

"Avropa İttifaqı yaxın günlərdə Azərbaycanda minatəmizləməyə dəstəklə bağlı yeni təşəbbüsünü açıqlayacaq".

Bu barədə mayın 2-də jurnalistlərə Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri səfir Peter Mixalko bildirib.

"Mina qurbanları ilə bağlı xəbərləri eşitdikcə məyus oluruq. Bizim minatəmizləməsi prosesi ilə bağlı Azərbaycana dəstəyimiz üçün istiqaməti əhatə edir, mina təmizləmə, bu proseslə bağlı maarifləndirmə kamapaniyaları və minalardan əziyyət çəkən qurbanlara dəstək mexanizlərini əhatə edir", Peter Mixalko bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqı minatəmizləmə sahəsində Azərbaycanın ən böyük tərəfdaşlarından biridir.

"Aİ Azərbaycanda minatəmizləmə sahəsində ən böyük donorlardan biridir" - deyə o qeyd edib.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri onu da qeyd edib ki, Aİ və Azərbaycan minatəmizləmədən başqa iqtisadiyyat sahəsində, ərzaq təhlükəsizliyi sahəsində, məcburi köçkünlərə yardım sahəsində əməkdaşlıq edirlər.

ANAMA-nın məlumatına görə, 1991-ci ildən bəri 3429 şəxs mina qurbanı olub ki, onların 358-i gənc və ya uşaq, 38-i isə qadındır.

2020-ci ildəki 44 günlük müharibədən sonrakı dövrdə isə ümumilikdə 350 nəfər azərbaycanlı mina qurbanına çevrilib. Onlardan 50 nəfər mülki şəxs, 15 nəfər hərbi qulluqçu olmaqla, 65 nəfər həlak olub.

Minalar Əleyhinə Azərbaycan Kampaniyasının sədri Hafiz Səfixanovun sözlərinə görə, Azərbaycandakı mina qurbanlarının sayı Cənubi Qafqazın digər ərazilərindəki bütün mina qurbanlarının sayından çoxdur, hər ay yeni mina qurbanları barədə məlumatlar alınır.

Forum

XS
SM
MD
LG