Accessibility links

Peter Mixalko: Təəssüf ki, bu gün bir çox jurnalist həbsdədir


Peter Mixalko: Təəssüf ki, bu gün bir çox jurnalist həbsdədir
please wait

No media source currently available

0:00 0:01:44 0:00

“Azad media demokratiyanın əsas elementidir. Bu gün bəzi jurnalistlər bizlərlə deyil, hansı ki, ötən il onlar bizimlə Media Azadlığı Gününü qeyd edirdi, təəssüf ki, onlar bu müddət ərzində həbs olunublar. Onlar bizim yaddaşımızdadır. Biz media əməkdaşların hüquqlarını qorumalıyıq, onların azad fəaliyyətini təmin etməliyik".

Bu barədə Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko 3 May - Dünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalistlərlə görüşü zamanı bildirib.

Diplomatın sözlərinə görə, Avropa İttifaqı Azərbaycanın güclü tərəfdaşıdır və ifadə, mətbuat və informasiya azadlığı məsələləri bu münasibətlərin bir hissəsidir.

Mixalko təəssüflə qeyd edib ki, jurnalistika bütün düynada getdikcə daha təhlükəli peşəyə çevrilir.

Diplomat media mənsublarının hüquqlarının qorunmasının, onların azad və sərbəst şəkildə fəaliyyətinin təmin edilməsinin zəruriliyini vurğulayıb: “Jurnalistlər riskli mühitlə üzləşirlər. Jurnalistlərin rolu, azad medianın rolu istənilən qlobal cəmiyyətdə əvəzolunmazdır. Ötən il dünyada 100-dən çox jurnalist öldürülüb, bu, son 10 ildə ən böyük rəqəmdir. Jurnalist peşəsi getdikcə ən təhlükəli peşələrdən birinə çevrilir. 300-dən çox jurnalist həbsdədir, onlar öz işlərini gördüyü üçün həbs olunub”.

Amerikanın Səsinin Avropa İttifaqının mətbuat azadlığının təmin edilməsinə hansı töhfəni verə biləcəyi haqqında sualına cavabda o qeyd edib ki, bu məsələlər ikitərəfli dialoqda prioritet məsələlərdir.

"Media azadlığı bizim prioritetlərimizdən biridir. Bu məsələ hər zaman gündəlikdədir və Azərbaycandakı həbs olunan jurnalistlərlə bağlı vəziyyət narahatlıq doğurur və biz dialoqumuzda buna diqqət yetiririk", Mixalko bildirib.

O, jurnalistlərin son həbslərini təəssüflə qeyd edib.

Mixalko həmçinin beynəlxalq təşkilatların media qanunu ilə bağlı tövsiyələrinin yerinə yetirilməsinin vacibliyini vurğulayıb.

"2023-cü ilin sonunda Azərbaycanda mətbuat azadlığının durumu sürətlə pisləşib".

Bu barədə Jurnalistləri Müdafiə Komitəsinin (CPJ) dünyada həbsdə olan jurnalistlərlə bağlı yaydığı hesabatda qeyd edilib. Hesabatda bildirilir ki, 2024-cü ilin fevralında keçirilən Prezident seçkiləri jurnalist həbsləri dalğası fonunda baş tutub.

CPJ bildirir ki, jurnalistlər Azərbaycanın Dağlıq Qarabağı hərbi yolla geri almasından sonra Qərb münasibətlərinin geriləməsi fonunda həbs ediliblər.

Təşkilatın məlumatına görə, 2023-cü il dünyada da jurnalist həbsləri rekord həddə yaxınlaşıb.

Azərbaycan hökuməti isə ölkədə insanların siyasi baxışlarına görə təqib edilmədiyini və bütün fundamental hüquqların tam təmin edildiyini bəyan edir. Həmçinin Azərbaycanda mediaya heç bir təzyiq olmadığını deyirlər.

Forum

XS
SM
MD
LG