Accessibility links

Azərbaycan və Serbiya müdafiə nazirlikləri humanitar mina təmizləmə məsələlərini müzakirə edib


Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin nümayəndə heyəti arasında işçi görüşü keçirilib (Foto: Azərbaycan Müdafiə Nazirliyi)
Azərbaycan və Serbiya Müdafiə nazirliklərinin nümayəndə heyəti arasında işçi görüşü keçirilib (Foto: Azərbaycan Müdafiə Nazirliyi)

Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində iki ölkənin mühəndis təminatı üzrə hərbi ekspertlərinin humanitar mina təmizləmə mövzusunda işçi görüşü keçirilib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, görüşdə Azərbaycan Ordusunun azad edilmiş çətin relyefə malik ərazilərdə xidmətinin təşkili barədə məlumat verilib.

Görüşdə, həmçinin minalar, əldəqayırma partlayıcı qurğular və partlamamış döyüş sursatlarının zərərsizləşdirilməsi üçün hər iki ölkənin silahlanmasında olan texnika, eləcə də mühəndis bölmələrinin təchizatı və digər zəruri mövzular barəsində ətraflı fikir mübadiləsi aparılıb.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp baş prokuror vəzifəsinə yeni namizəd nominasiya edib
please wait

No media source currently available

0:00 0:11:25 0:00
XS
SM
MD
LG