Accessibility links

Azərbaycan Türkiyənin Kahramanmaraş vilayətində yaşayış binalarının və sosial infrastrukturun tikintisini maliyyələşdirəcək


Kahramanmaraş, Türkiyə. Zəlzələnin fəsadları (10 fevral, 2023)
Kahramanmaraş, Türkiyə. Zəlzələnin fəsadları (10 fevral, 2023)

Azərbaycan Türkiyənin zəlzələ nəticəsində zərər çəkmiş Kahramanmaraş bölgəsində yaşayış binaları və sosial infrastruktur obyektlərinin tikintisini maliyyələşdirəcək.

Belə ki, “Azərbaycan və Türkiyə arasında Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzi tikintisi barədə əməkdaşlıq haqqında” 2023-cü il sentyabrın 25-də Naxçıvan şəhərində imzalanmış sazişi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 10-da imzlayıb.

Türkiyənin “Rəsmi Gazete” nəşrində dərc olunan sazişə əsasən, Azərbaycan hökuməti Kahramanmaraş bölgəsində yaşayış binaları və sosial infgrastrukturun tikintisi üçün 100 milyon ABŞ dolları ayıracaq.

Əməkdaşlıq sazişi çərçivəsində Türkiyənin Ətraf, Şəhərsalma və İqlim dəyişikliyi Nazirliyinin Mənzil İnkişaf İdarəsi (TOKİ), Azərbaycandan isə Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) icraçı qurum qismində iştirak edəcək.

Sənəddə deyilir ki, MİDA və TOKİ məsul şəxslərindən ibarət İşçi qrup formalaşdırılacaq. Qrup layihəni müəyyənləşdirilmiş vaxt ərzində (iki il ərzində-red) başa çatdırmaq və tikinti işlərinin həyata keçirilməsi zamanı yarana biləcək təşkilati və hüquqi problemleri ilkin olaraq aradan qaldırmaq məqsədilə birgə çalışacaq.

Fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə iki zəlzələ olub.. Təbii fəlakət nəticəsində Türkiyədə 50,5 min nəfər ölüb. Yüz minlərlə müxtəlif təyinatlı binalar, infrastruktur dağılıb.

Forum

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG