Accessibility links

Türkiyənin cənub-şərqində 5,6 bal gücündə daha bir zəlzələ baş verib


Bazar ertəsi Türkiyənin cənub-şərqində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində bir nəfər ölüb, azı 110 nəfər yaralanıb, zədələnmiş bir sıra bina tamamilə uçub.

Yeni zəlzələ Türkiyə və Suriyada 50 mindən çox insanın ölümünə səbəb olan 7.8 bal gücündəki zəlzələdən üç həftə sonra baş verib.

Türkiyə rəsmilərinin bildirdiyinə görə, dağıntılar altından insanları xilas etmək üçün xilasetmə qrupları dərhal yola düşüb. Əvvəlki zəlzələdən sonra əşyalarını çıxarmaq üçün Yeşilyurt qəsəbəsindəki dördmərtəbəli binanın xarabalıqları altında qalan ata və qızı xilas edilib.

Bazar ertəsi baş verən zəlzələnin mərkəzi Malatya vilayətinin Yeşilyurt şəhəri olub.

Türkiyənin Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsinin (AFAD) rəhbəri Yunus Sezər 5 binada axtarış-xilasetmə qruplarının yerləşdirildiyini bildirib.

AFAD-ın zəlzələ və Risklərin Azaldılması üzrə baş direktoru Orxan Tatarın sözlərinə görə, son üç həftə ərzində bölgədə dörd zəlzələ, eləcə də 10 mindən çox afterşok baş verib.

Zəlzələlərin Türkiyədə keçiriləcək seçkilərə təsir edəcəyi gözlənilir. Hazırkı prezident Rəcəp Tayyib Ərdoğan daha bir müddətə seçilmək üçün namizədliyini irəli sürür və onun iyun ayında sərt seçkirlə qarşılaşacağı gözlənilir.

Tənqidçilər hökuməti zəlzələ ilə bağlı fövqəladə vəziyyətə çox ləng reaksiya verməkdə günahlandırıb. Müxalifət partiyaları isə tikinti qaydalarına əməl edilməməsini təmin edə bilmədiyinə görə fəlakətin miqyasına görə məsuliyyətin Ərdoğan hökumətinin üzərinə düşdüyünü bildirib.

Bazar ertəsi keçirdiyi mətbuat konfransında Ərdoğan hökumətinin reaksiyasının bir çoxları tərəfindən qeyri-kafi qiymətləndirildiyini etiraf edib.

"İlk günlərdə zəlzələnin dağıdıcı təsiri, əlverişsiz hava şəraiti və zədələnmiş infrastruktura görə çətinliklər kimi səbəblərdən [ağır zərər çəkmiş] Adıyamanda işi istədiyimiz qədər səmərəli apara bilmədik" - deyə, Ərdoğan bildirib.

Prezident zədələnmiş 309 min evin bərpası üçün tikinti işlərinin tezliklə başlayacağını deyib. Onun sözlərinə görə, mart və aprel aylarında 234 min yeni evin tikintisinə başlanılacaq, infrastruktur, tibb məntəqələri və parklar inşa ediləcək.

XS
SM
MD
LG