Accessibility links

Türkiyədə baş verən güclü zəlzələlərə ləng reaksiyasına görə Ərdoğan hökumətinə qəzəb artır


Türkiyədə baş verən güclü zəlzələlərə reaksiyasına görə Ərdoğan hökumətinə qəzəb artır
please wait

No media source currently available

0:00 0:03:10 0:00

Türkiyədə baş verən güclü zəlzələlərə reaksiyasına görə Ərdoğan hökumətinə qəzəb artır

Türkiyə prezidenti Rəcəp Tayyib Ərdoğan hökuməti seçkilər ərəfəsində bu yaxınlarda Türkiyədə baş verən güclü zəlzələlərə reaksiyasına görə artan qəzəblə üzləşir. Fəlakətin əsas mövzu olacağı mayın 14-nə tətin edilən səsvermə öncəsi ölkənin uzun müddət lideri olan Ərdoğan birliyə çağırır və evlərin kütləvi tikintisinə söz verir.

İstanbulda keçirilən "Süper Liq" matçında on minlərlə azarkeş "Hökumət, istefaya!" qışqırır və bu, ölkədə keçirilən bir çox oyunda təkrar olunur. Bu, hökumətin fevral ayında baş verən ölümcül zəlzələlərə çox ləng reaksiya iddialarına görə qəzəbdir. Okan Universitetindən Zeynep Alemdağ: "Bu, xaos idi. Yəni, heç kim... Hələ elə yerlər var ki, çadırlara ehtiyac var. Hələ də küçələrdə qalan insanlar var. Və bu təkcə təbii fəlakət deyil. Bu, qismən biganəliyin, korrupsiyanın, qohumbazlığım və bu binaların tikintisindən qaynaqlanan bəladır."

Ləng reaksiya verdiyinə görə hökumətin tənqidlərlə üzləşdiyi bir vaxt, zəlzələnin ilk günü İstanbulda insanlar zəlzələ bölgəsinə göndərmək üçün ərzaq, su və təcili ehtiyac duyulan paltarları toplamaq üçün səfərbər oldu.

Əsas müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyası (CHP) Türkiyənin İstanbul kimi ən böyük şəhərlərindəki bələdiyyə başçıları vasitəsilə əməliyyatı koordinasiya edib və zəlzələ bölgəsinə axtarış-xilasetmə qrupları göndərib. Kadir Has Universitetindən Soli Özel: "Onlar səriştəli, effektiv və öz resurslarını daha sürətli səfərbər edə bildi. Bu, onu göstərir ki, zəlzələlər məsələsinə ciddi yanaşsanız və hazırlıqlarınızı görsəniz, zəlzələlərə cavab vermək üçün sərmayə qoysanız, əslində dağları yerindən oynatmaq olar. Bu həm də onu göstərir ki, müxalifət iqtidarın iddialarına zidd olan işləri görməyə qadirdir".

Ərdoğan zəlzələ bölgəsinə ilk səfəri zamanı tənqidçiləri "nankor" və "utanmaz" adlandırıb. Lakin Türkiyə lideri son səfəri zamanı zəlzələdən zərər çəkmiş Adıyaman şəhərində üzrxahlıq edib və xalqı birlikdə irəliləməyə çağırıb. "Zəlzələnin dağıdıcı təsiri və pis hava şəraiti səbəbindən ilk bir neçə gün Adıyamanda istədiyimiz kimi işləyə bilmədik. Buna görə üzr istəyirəm".

Ərdoğanı bu il yenidən seçki gözləyir və o, bir il ərzində zəlzələdən sağ çıxanlar üçün yüz minlərlə ev tikəcəyinə söz verir.

Lakin müxalifət hökumətin evləri tikmək qabiliyyətini şübhə altına alır. Analitiklər isə fəlakətin Türkiyəni yol ayrıcında qoyduğunu proqnozlaşdırır. Sezin Öney: "Bu, hər kəs üçün böyük bir şokdur. Bu əslində güzgü kimidir və siz üzünüzün çirkin hissələrini görürsünüz. Siz daha belə davam edə bilməzsiniz”"

Ərdoğan birliyə çağıraraq, iddia edir ki, yalnız onun təcrübəsi Türkiyənin üzləşdiyi problemin öhdəsindən gələ bilər. Müxalifətin fikrincə, fəlakət Ərdoğanın iyirmi illik səhv idarəçiliyi və korrupsiyası ilə daha da böyüyüb. Türkiyə ağır seçkilərə yad deyil, lakin analitiklər bu il qeyri-adi dərəcədə mürəkkəb bir seçkilər olacağını proqnozlaşdırır.

XS
SM
MD
LG