Accessibility links

Türkiyədə zəlzələdə ölənlərin sayı 40 mini ötüb


Türkiyədə episentri Kahramanmaraş və Elbistan olan iki ayrı zəlzələnin təsirinə məruz qalan 11 vilayətdə ölənlərin sayı 40 min 642-i ötüb. 430 mindən çox insan zəlzələ bölgəsindən başqa şəhərlərə təxliyə edilib.

Daxili İşlər Nazirliyinin Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsinin (AFAD) başçısı Yunus Sezer keçirdiyi mətbuat konfransında zəlzələ ilə bağlı son məlumatları açıqlayıb.

Sezer zəlzələdən 13 gün sonra ümumi insan itkisinin 40 min 642-ə çatdığını bildirib. AFAD rəhbəri zəlzələ bölgəsində axtarış və xilasetmə komandları daxil olmaqla 274 min insanın çalışmağa davam etdiyini vurğulayıb.

İndiyədək zəlzələ bölgəsindən 430 mindən çox insanın təxliyə edildiyini bildirən Sezer, onlardan 313 min 720 nəfərin dövlət qurumlarına aid yataqxanalara və hotellərə yerləşdirildiyini deyib.

Binalara dəyən ziyanın müəyyən edilməsinə dair işlərin 50 faizinin başa çatdığını söyləyən Yunus Sezer indiyədək 682 mindən çox insana nağd pul ödənildiyini bilditib. 290 min insanın da kirayə yardımı üçün müraciət etdiyi bildirildi.

Yunus Sezer hazırda xilasetmə işlərinin xüsusilə Hatay bölgəsində aparıldığını, ancaq digər vilayətlərdə də axtarış və xilasetmə işlərinin davam etdiyini vurğulayıb.

AFAD rəhbəri bir neçə bina istisna olmaqla, axtarış və xilasetmə işlərinin başa çatdırılmağa başlayacağını söyləyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG