Accessibility links

Türkiyədəki zəlzələdən sağ çıxan milyonlarla insan hələ də çadırlarda yaşayır


Türkiyədəki zəlzələdən sağ çıxan milyonlarla insan hələ də çadırlarda yaşayır
please wait

No media source currently available

0:00 0:03:05 0:00

Türkiyədəki zəlzələdən sağ çıxan milyonlarla insan hələ də çadırlarda yaşayır

Türkiyə və Suriyada 50 mindən çox insanın ölümünə səbəb olan zəlzələdən iki aydan çox vaxt keçməsinə baxmayaraq, sağ qalan milyonlarla insan hələ də çadırlarda yaşayır və onların tezliklə evlərinə qayıtmaq ümidi yoxdur.

Yunus Əmrə Yıldız ailəsi ilə birlikdə doğulduğu Hatay vilayətinin Hassa qəsəbəsindəki səhralıqda çadırda yaşayır. Onlar iki ay qışın sərt havasında çöldə yaşayıblar. "Çadırda yaşamaq evdə yaşamaq kimi deyil. Çadırda yaşamağın çətinlikləri var. Yerdə daşlar var, soyuqdur, yağış yağır".

Yıldızın yaxınlıqdakı evi hələ də dayanır. O, ailəsinin zəlzələdən sağ çıxanlar üçün daha yaxşı təchiz olunmuş düşərgədə yerləşməsi üçün evinə kifayət qədər zərər dəymədiyini deyir.

Onlar qorxudan evə qayıda bilmir. "Zəlzələ gecəsi bu iki uşaq öz otaqlarında idi. Bu körpə bizim otaqda idi. Mən onları otaqlarından çıxarmaq istədim, lakin onlara çata bilmədim, titrəyişlər məni geri itələyirdi. Deyirlər ki, gedək öz evimizdə yaşayaq. Amma bunu necə edə bilərik? Bu bizim üçün asan deyil" - deyə Yunus Əmrə Yıldız bildirir.

Fevralın 6-da baş verən zəlzələdən sonra bölgədə yer titrəyişləri davam edib. Özer Güner kimi valideynlər deyirlər ki, uşaqlar evə qayıtmaqdan qorxur. "Evimizə ciddi ziyan dəyməyib. Bəzən geri qayıdırıq, amma evə gedəndə qorxuruq. Biz böyüklər birtəhər yola gedirik. Amma psixi cəhətdən uşaqlar çox əziyyət çəkir. Bununla bağlı heç nə edə bilmərik. Bunun üçün burada heç bir sosial proqram yoxdur".

Zəlzələdən sağ çıxanlar çadırlarda yaşayır. Türkiyə hökuməti "Better Shelter" kimi yardım agentlikləri ilə birlikdə daimi düşərgələr tikir. Cohan Karlson: "İnsanlar maşınlarında, küçələrdə və müvəqqəti sığınacaqlarda yatır. Deməli, yatmaq üçün bir yerə ehtiyac var. Amma eyni zamanda, sizin həm də psixo-sosial rahatlığa sahib ola biləcəyiniz, ya da qapınızı bağlaya biləcəyiniz sığınacaq kimi bir yerə ehtiyacınız var."

Türkiyədə gələn ay prezident seçkiləri keçirilməlidir. Sağ qalanlardan bəziləri özlərini unudulmuş hiss etdiklərini deyir. Mustafa Ketti: "Gördüyünüz kimi, televiziyada, küçələrdə, kafelərdə onlar yalnız siyasətdən danışır. Hər şeyi unutdular. Onlar zəlzələni unudub. Ölənləri unudub. Məktəbləri unudub. Onlar təhsili unudub. Səhiyyə sistemini unudub. Sadəcə olaraq siyasətdən danışmağa başladılar".

Hakim Ədalət və İnkişaf Partiyası seçki bəyannaməsində bölgədə 650 min yeni ev tikməyi öhdəsinə götürüb ki, onların yarısı gələn il tamamlanacaq.

Tənqidçilər hökuməti tikinti qaydalarına əməl etməməkdə günahlandırır. Onların fikrincə, böyük dağıntılara bu səbəb olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG