Accessibility links

Türkiyədə mühəndislər zəlzələ nəticəsində çox sayda binanın çökməsinin səbəbini tikinti amnistiyasında görürlər


Türkiyədə mühəndislər zəlzələ nəticəsində çox sayda binanın çökməsinin səbəbini tikinti amnistiyasında görürlər
please wait

No media source currently available

0:00 0:02:52 0:00

Türkiyədə mühəndislər zəlzələ nəticəsində çox sayda binanın çökməsinin səbəbini tikinti amnistiyasında görürlər

Türkiyənin cənub-şərq bölgələri ötən ay baş verən zəlzədən sonra bərpa olmağa çalışdığı bir vaxt, bir çoxları 7.8 bal gücündə zəlzələdə müasir binaların niyə dağıldığını sual edir. Bəzi mühəndislər səbəb olaraq hökumətin siyasətinə işarə edir.

Bir ay keçməsinə baxmayaraq Türkiyədə zəlzənin ən çox təsirinə məruz qalmış şəhərlərində yol kənarları beton və metal yığınları ilə doludur. Bu dağıtılar altında hələ də cəsədlər var.

Milyonlarla ton dağıntı yavaş-yavaş təmizlənir. Ancaq dağıntının həcmi ilə bağlı suallar hələ də qalır.

Sağ qalanlar zəlzələ nəticəsində binaların "əridiyini," hər bir mərtəbənin digərinin üzərinə çökdüyünü təsvir edir. Bəs nə üçün bəzi binalar nisbətən zərərsiz bir şəkildə ayaqda qaldığı halda, başqaları dağıldı?

Həsən Aksüngür zəlzələ zonasına yaxın yerləşən Adana şəhərinin İnşaat Mühəndisləri Palatasının sədridir.

"Həmin [yıxılan] binaların yanında olan və eyni təsirə məruz qalan binaların dağılmaması onu göstərir ki, dağılan binaların ya layihələndirilməsi, icrası, ya da nəzarət mərhələlərində bir pozuntu olub," Aksüngür deyir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təndiqçiləri deyir ki, onun hökuməti dəfələrlə qanunsuz tikililərə amnistiya verib. Ərdoğanın "yenidənqurma sülhü" adlandırdığı bu tikinti amnistiyası inşaatçılara mühüm təhlükəsizlik nizamlamalarını atlamağa imkan verir. Milyonlarla bina bu yolla təsdiqlənib.

"1985-ci ildən bəri ardıcıl olaraq tikinti amnistiyaları olub. Ən son amnistiya zamanı [2018-ci ildə] bu binalara heç bir nəzarət olmadan – heç bir yoxlanışa tabe olmadan – kiçik bir rüsum ödəməklə binanın qeydiyyatı haqqında şəhadətnamə verildi," Aksüngür bildirir

Zəlzələdən öncə, hökumət mayda keçiriləcək prezident seçkisindən əvvəl yeni bir bina amnistiası vemrəyi nəzərədn keçirirdi.

Ərdoğan 2019-cu ildə seçki kampaniyası zamanı, zəlzələnin ən pis təsirlərinə məruz qalan Hatay şəhərinə səfəri zamanı belə bu amnistiyalarla öyünürdü.

"Biz tikinti amnistiyası ilə Hatayda 205 min insanın problemini həll etmişik," o deyib.

Türkiyə hökuməti Amerikanın Səsinin şərh istəyinə cavab verməyib.

Türkiyənin ədliyyə naziri müxalifət partiyalarının da tikinti amnistiyalarını dəstəklədiyini vurğulayıb. Ötən ay usə Prezident Ərdoğan rəqiblərini zəlzələdən siyasi qazanc üçün sui-istifadə etməkdə günahlandırıb.

"Bəzilərinin insanlarımızla birlikdə dövlətin və hökumətin də dağıntılar altında qalmasını əllərini ovuşduraraq gözlədiyini bilirik," o deyib.

Ərdoğan prezident seçkilərinin mayda keçiriləcəyini deyib. Seçkidə əsas gündəmin zəlzələyə cavab tədbirləri və 45 mindən çox insanın ölümünün səbəblərinin olacağı gözlənilir.

XS
SM
MD
LG