Accessibility links

Zəlzələ İstanbulda binaların təhlükəsizliyi ilə bağlı narahatlıqlara səbəb do not publish


Zəlzələ İstanbulda binaların təhlükəsizliyi ilə bağlı narahatlıqlara səbəb
please wait

No media source currently available

0:00 0:03:06 0:00

Zəlzələ İstanbulda binaların təhlükəsizliyi ilə bağlı narahatlıqlara səbəb

Avropanın ən böyük şəhəri İstanbul Türkiyədə fevral ayında baş verən zəlzələnin təsirinə məruz qalmadı, amma şəhərin meri xəbərdarlıq edir ki, binaların pis inşa edilməsi səbəbilə şəhərdə böyük fəlakət baş verə bilər.

Fevral ayında baş verən zəlzələdə minlərlə yaşayış binası dağıldı. Bir çoxları buna görə keyfiyyətsiz tikintiləri günahlandırır.

15 milyondan çox sakini olan İstanbul Avropanın ən çox əhalisi olan şəhəridir və zəlzələlərə meyllidir. Şəhərin meri Əkrəm İmamoğlu xəbərdarlıq edir ki, şəhər görünməmiş təhlükə ilə üz-üzədir.

“Biz zəlzələnin nə zaman olacağını bilmirik. İnsanlara həyatlarına təhlükə yaradan binalarda yaşamaları, Allah eləməsin, onları bilərəkdən ölümə tərk etməkdir,” o deyib.

Bələdiyyənin vebsaytı sakinlərə binalarının yoxlanılmasını tələb etməyə imkan verir.

Bu bina keyfiyyətsiz tikildiyi üçün sökülməyə hazırlaşır, digərləri isə gücləndirilir. Bələdiyyə isə sakinlərə qrantlar və ucuz kreditlər verir. Amma bir çox insan imkanlarının olmadığını deyir. İndi onlar özləri və ailələri üçün qorxurlar.

"Mənim ailəmin evi beş mərtəbəli bir binadır və çox köhnədir. Qardaşımın ailəsi orada yaşayır. Onlar qorxurlar və yeganə təsəllisi odur ki, ən yuxarı mərtəbə yaşayırlar və bəlkə bina aşağı doğru çökər, onlar da sağ qala bilərlər deyə düşünürlər," İstanbul sakini Sabiha Kuşkun deyir.

İstanbul ölkənin on ildir davam edən tikinti bumunun mərkəzidir. Müşahidəçilər deyir ki, zələzələnin olduğu bölgələrdə olduğu kimi, şəhərdəki inşaatçılar da hökumətin tikinti amnistiyalarından faydalanıb. Bu tikinti amnistiyaları onlara sərt zəlzələ qaydalarını pozan binaları leqallaşdırmaq üçün cərimə ödəməyə imkan verib.

"Biz çox güman ki, burada, İstanbulda da eyni şeyi görəcəyik. Ona görə də bpyük bir risk var. Tikinti amnistiyası bpyük problem yaradıb. Bu, daha geniş bir problemin köklərindən biridir," İstanbulda memar Ömər Yılmaz deyir.

Fevraldakı zəlzələlərdən sonra çox sayda inşaatçı həbs olunub.

Ancaq Türkiyədəki tikinti bumu ölkədə Prezident Rəcəb Tayyib Ərdoğan və onun AKP Partiyasının illərdir seçkilərdə qazandığı uğurların əsasını təşkil edən görünməmiş iqtisadi artıma təkan verib.

“Qanunlara və qaydalara baxmayaraq, bu hökumətin açıqlanmayan siyasəti hər qarış torpaqdan istifadə etməkdir - A, yaşayış və ya kommersiya əmlaklarının artırılması üçün, [və] B, AKP və Ərdoğanın seçki kampaniyalarını maliyyələşdirən daim böyüyən inşaatçılar və tikinti şirkətləri qrupunu dəstəkləmək üçün," GlobalSource Partners-in Türkiyə üzrə təhlilçisi Atilla Yeşilada deyir.

İndi təhlükəli binalar məsələsinin həlli prioritetdir. Belə ki, İstanbulun meri xəbərdarlıq edir ki, zəlzələ baş versə, 90 min bina ciddi risk ilə üzləşəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG