Accessibility links

Almaniyaya viza alan zəlzələ qurbanlarının sayı artır


Fevralın 6-da Türkiyədə minlərlə insanın ölümünə səbəb olan zəlzələlərdən sonra Almaniya hökuməti zəlzələ qurbanlarının "tezliklə" üç aylıq viza alacaqlarını və ölkədəki qohumlarının yanına gələ biləcəklərini açıqlamışdı.

Fevralın ortalarında qüvvəyə minən bu imkandan 2658 fəlakət qurbanının faydalandığı açıqlanıb.
Ötən həftənin cümə gününə qədər olan məlumatları açıqlayan

Xarici İşlər Nazirliyinin rəsmisi Suriya ilə yanaşı Türkiyəyə də də təsir edən zəlzələlərdən sonra bölgədə ümumi olaraq 2658 vizanın verildiyini açıqlayıb.

2300 nəfərlə viza alanların əksəriyyətini Türkiyə vətəndaşlarının təşkil etdiyi bildirilib və onlardan təxminən 1400 nəfərinin Almaniyaya getdiyi müəyyən edilib.

Fevralın 22-də bölgəyə səfər edən Almaniyanın xarici işlər naziri Annalena Baerbok məqsədin zəlzələdən zərərçəkənlər üçün viza müraciəti prosesini mümkün qədər "praqmatik" şəkildə həyata keçirmək olduğunu bildirərək, yaxınlarından dəvət alanlara bu barədə məlumat verildiyini deyib.

Zəlzələ qurbanlarının Almaniyaya getməsi üçün ən vacib şərt "birinci və ya ikinci dərəcəli qohumların onları ölkəyə dəvət etməsi"dir.

Türkiyədən zəlzələ qurbanlarının yaxınlarını Almaniyaya dəvət edən şəxslərin ilk növbədə bank hesablarında kifayət qədər aylıq gəliri və ya gələn hər bir şəxs üçün kifayət qədər pulu olmalıdır.

Zəlzələdən sağ çıxanlar üçün dəvət göndərən şəxs tərəfindən 90 günlük tibbi sığorta haqqı da tələb olunur. Dəvət edən şəxs qohumlarının Almaniyada qaldıqları müddətdə bütün xərclərini öz öhdəsinə götürür. Türkiyədən viza üçün müraciət edənlər zəlzələ bölgəsində yaşadıqlarını, Almaniyada birinci və ikinci dərəcəli qohumlarının olduğunu sübut etməlidirlər.

Almaniyanın Türkiyədəki diplomatik nümayəndəliklərində personal sayını artırdığını, müraciət üçün zəlzələ bölgəsində icarəyə götürülən avtobuslarla mobil viza müraciətlərinə başlanıldığını və gündə orta hesabla 150 vizanın verilə biləcəyini deyən Almaniya rəsmiləri viza prosesi və zəlzələdən zərərçəkənlərə köməkliyin indiyə qədər uğurlu olduğunu vurğulayıb.

Bununla belə, Almaniya Türk Cəmiyyəti (TGD) kimi bir çox qeyri-hökumət təşkilatı və çətir təşkilatı Berlinin Türkiyə və Suriyada baş verən zəlzələlərdən zərər çəkənlərə təqdim etdiyi viza asanlaşdırma prosesinin yetərli olmadığı qənaətindədir.

Almaniyanın DPA xəbər agentliyinə açıqlama verən TGD sədri Gökay Sofuoğlu asan vizanın yalnız Almaniyada birinci dərəcəli qohumu olanlar üçün keçərli olmasının "anlaşılmaz" olduğunu bildirib. Sofuoğlu deyib ki, müraciətin Almaniyada yaşayan və tələb olunan şərtləri yerinə yetirənlərin birinci dərəcəli qohumları ilə yanaşı, digər qohumları və dostları üçün də keçərli olması lazımdır.

Bu arada həm Almaniya rəsmiləri, həm də türk təşkilatlarının nümayəndələri viza müraciəti ilə bağlı ilk öncə rəsmi internet saytlarından məlumat almağı tövsiyə edir.

XS
SM
MD
LG