Accessibility links

Türkiyə zəlzələ nəticəsində evsiz qalan 1,5 milyon insan üçün evlərin inşasına başlayır


Samandağ, Türkiyə. 22 fevral, 2023.
Samandağ, Türkiyə. 22 fevral, 2023.

Türkiyə bu ay baş verən dağıdıcı zəlzələdən sonra evlərin tikintisinə başlayır. Bu barədə cümə günü hökumət rəsmisi məlumat verib. Türkiyə və Suriyada ölənlərin sayı 50 mini ötüb.

Fevralın 5-da Türkiyə və qonşu Suriyada on minlərlə insanın ölümü ilə nəticələnən zəlzələdə 520 min mənzilin yerləşdiyi 160 mindən çox bina dağılıb və ya ciddi ziyan görüb.

Təbii Fəlakət və Fövqəladə Hallar İdarəsi Türkiyədə cümə günü zəlzələdən ölənlərin sayı 44 mini ötüb.

Suriya ölkədə 5914 nəfərin öldüyünü bildirib.

Bir neçə ay sonra səsvermə ilə üzləşən Prezident Tayyib Ərdoğan bir il ərzində evləri bərpa etməyə söz verib, ancaq ekspertlər deyir ki, rəsmilər təhlükəsizliyi sürətdən üstün tutmalıdırlar. Zəlzələ zamanı yeraltı təkanlara tab gətirməsi nəzərdə tutulan bəzi binalar dağılıb.

“Bir neçə layihə üzrə tenderlər və müqavilələr aparılıb. Proses çox sürətlə gedir,” anonimlik şərti ilə danışan rəsmi əlavə deyib və edib ki, təhlükəsizliklə bağlı heç bir kompromis olmayacaq.

Rəsmilər deyir ki, evsiz qalan çox sayda insana çadırlar göndərilib, amma insanlar onları əldə etməkdə çətinlik çəkdiklərini deyirlər.

“Mənim səkkiz uşağım var. Biz çadırda qalırıq. Çadırın üstündə su var, yer də yaşdır. Biz daha çox çadır istəyirik, amma onlar vermirlər,” Hassada bir məktəb önündə yardım üçün növbəyə gözləyən 67 yaşlı Mələk deyib.

Məktəb Interrail Turkey adlanan bir qrup könüllü tərəfindən yardımın paylanması üçün istifadə olunur. Könüllülərdən biri Sumeyye Karaböcek deyib ki, çadır çatışmazlığı ən böyük problemlərdən biri olaraq qalır.

Yarım milyon yeni evə ehtiyac var

Ərdoğan hökuməti həm fəlakətə və bir çox türklərin dediyinə görə, illərdir tikinti keyfiyyətinə nəzarətin olmamasına cavabı səbəbilə tənqidlərə məruz qalıb.

Türkiyə hökumətinin ilkin planı ən azı 15 milyard dollara 200 min mənzil və 70 min kənd evi inşa etməkdir. ABŞ-ın J.P. Morgan bankı evlər və infrastrukturu bərpa etməyin 25 milyard dollara başa gələcəyini təxmin edir.

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (UNDP) dağıntılar nəticəsində 1.5 milyon insanın evsiz qaldığını, 500 min yeni evə ehtiyacın olduğunu təxmin etdiyini bildirib.

Təşkilat ötən həftə Birləşmiş Millətlər Təşkilatının istədiyi 1 milyard dollarlıq vəsaitdən 113,5 milyon dollar tələb etdiyini və bu pulu dağıntıların təmizlənməsinə yönəldəcəyini bildirib.

UNDP bu fəlakətin 116 milyon ilə 210 milyon ton arası dağıntılara səbəb olduğunu təxmin edir ki, bu, 1999-cu ildə Türkiyənin şimal-qərbində yaranan 13 milyon ton dağıntılardan çoxdur.

Türkiyə həmçinin şirkətlər və xeyriyyə təşkilatlarının ehtiyacı olan insanlara vermək üçün şəhərsalma nazirliyinə ianə edəcəyi evlər və iş yerlərinin inşası üçün yeni qaydalar qəbul edib.

Zəlzələdən sağ çıxan insanlar ya zəlzələnin təsirinə məruz qalan bölgələri tərk edib ya da çadırlar, konteyner evlər və yə dövlət tərəfindən maliyyələşdirilən yaşayış yerlərində qalırlar.

XS
SM
MD
LG