Accessibility links

İsgəndərun şəhərində zəlzələdən zərər çəkmiş 700-ə yaxın insan vaqonlarda yaşayır


İsgəndərun şəhərində zəlzələdən zərər çəkmiş 700-ə yaxın insan vaqonlarda yaşayır
please wait

No media source currently available

0:00 0:02:32 0:00

İsgəndərun şəhərində zəlzələdən zərər çəkmiş 700-ə yaxın insan vaqonlarda yaşayır

Türkiyədə fevralın 6-da baş verən zəlzələ bir milyon yarıma yaxın insanı evsiz qoyub. Bir çoxunun hələ də daimi sığınacağı yoxdur. Zəlzələdən zərər çəkmiş İsgəndərun şəhərində yerli hakimiyyət orqanları bütün mümkün yerlərdən istifadə edir.

İsgəndərun vağzalında vaqonlar sıraya düzülüb. Lakin bu qatar heç bir yerə getmir. Fevral zəlzələsindən sonra evsiz qalan yüzlərlə şəhər sakini indi bu dar vaqonlarda yaşayır.

Onların arasında Sevil Uyğur da var. "Evimiz yoxdur, yerlə yeksan oldu. Ona görə də uşaqlarla bura sığındıq və burada yaşayırıq. Bizə yemək gətirirlər, burada ac qalan yoxdur. Amma burada yatmaq çox problemli və çətindir".

Burin Uyğur: "Mən məktəbə getmək istəyirəm, amma hazırkı vəziyyət imkan vermir. Mən məktəbə getmək istəyirəm".

"Başqa yerə gedə bilsəydik, o, məktəbə gedə bilərdi. Amma bacarmadıq, burada qaldıq. Pulu olanlar qaçıb başqa şəhərlərə getdi, uşaqları məktəbə gedir. Amma biz bunu edə bilmirik, ona görə də burada, qatarda qalmışıq" deyir Sevil Uyğur.

27 vaqonda 700-ə yaxın insan yaşayır. Onlardan 22-si çarpayılı vaqonlardır. İlk gələnlər onları tez tutub. Qalan vaqonlarda çarpayı yoxdur və insanlar oturacaqlarda yatır.

Burada yaşayan bəzi insanların evləri dağılmasa da, lakin yaşamaq üçün çox təhlükəlidir. Səfiyə Kolağası: "Evimiz bir az zədələnib. Hakimiyyət desə ki, biz öz evimizdə yaşaya bilərik, bu gün gedərdik, gözləyirik. Amma onlar bizə orada yaşamağın təhlükəsiz olduğunu deyənə qədər burada qalacağıq".

Dəmir yolu vaqonları çadırdan daha isti və qurudur, ancaq burada sıxlıq və izdiham çoxdur.

Zəlzələ nəticəsində yüz minlərlə ev dağılıb və ya zədələnib. Evsiz qalan insanların buradan nə vaxt gedəcəkləri bəlli deyil.

Dünyaya Baxış

Dünyaya Baxış. Bəxtiyar Hacıyevin vəkili ilə konfidensiallıq hüququnun pozulduğu deyilir
please wait

No media source currently available

0:00 0:11:33 0:00
XS
SM
MD
LG