Accessibility links

"Bəxtiyar Hacıyevə azadlıq!" şüarı ilə aclıq aksiyası genişlənir


Bəxtiyar Hacıyev (Arxiv foto, mənbə VOA)
Bəxtiyar Hacıyev (Arxiv foto, mənbə VOA)

"Bəxtiyar Hacıyevə azadlıq!" şüarı ilə aclıq aksiyası genişlənməkdədir. Bu gün daha iki fəal aclıq askiyasına başlayıb.

İctimai fəal Bəxtiyar Hacıyev saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında dekabrın 15-dən aclıq etdiyini bildirib.

Hüquq müdafiəçisi Zəfər Əhmədov Amerikanın Səsinə deyib ki, dekabrıln 18-dən Vətəndaş və İnkişaf Partiyasının qərargahında Bəxtiyar Hacıyevə azadlıq tələbi ilə aclıq aksiyasına başlayıb. Bununla yanaşı Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəal Zəkrulla Nağıyev isə evində aclığa başlayıb.

"Müdafiə Xətti" hüquq-müdafiə təşkilatının icraçı direktoru Rüfət Səfərov Amerikanın Səsinə bildirib ki, Bəxtiyar Hacıyev aclığı davam etdirsə, təcridxanada zorakılıq göstəriləcək, əlləri və ayaqları bağlanılaraq məcburi qidalandırmaya üstünlük verəcəkləri ilə bağlı məlumata malikdir.

"Bu, dəqiq məlumatdır. Belədə faciə baş verə bilər. Bəxtiyarı yaxından tanıdığıma, xarakterinə bələd olduğuma görə deyirəm: Faciə baş verə bilər. Vallah, tam açıq və səmimi deyirəm. Etməyin belə" , o qeyd edib.

Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Amerikanın Səsinə bildiriblər ki, Bəxtiyar Hacıyev dekabrın 17-də aclıq elan edib.

“Bəxtiyar Hacıyev aclıq etdiyi üçün həkim nəzarəti alıtnda tibb-sanitar hissəyə yerləşdirildi. Bu gün, dekabrın 18-də isə Hacıyevin özü könüllü olaraq ərizə yazaraq aclığı dayandırıb" , Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov Amerikanın Səsinə deyib.

Bununla yanaşı, Hacıyevin vəkilləri onun aclığı dayandırması ilə bağlı məlumatı hələ təsdiq etməyib. Vəkil Aqil Layıc sonuncu dəfə dekabrın 16-da təcridxanada Bəxtiyar Hacıyevlə görüşüb. O bildirib ki, Hacıyev mayeli aclığı davam etdirir.

"İctimaiyyətin, həmçinin öz fikrimi çatdırsam da, aclığı dayandırmaq fikrindən daşınmadı. Ona dəstək olan hər kəsə minnətdar olduğunu bildirdi. Özünə qarşı olan haqsızlığa görə bu addımda israrlı olduğunu qeyd etdi" deyə, vəkil bildirib.

Dekabrın 9-da Bakının Xətai rayon Məhkəməsi hakim Fuad Axundovun sədrliyi ilə ictimai fəal Bəxtiyar Hacıyev barəsində 1 ay 20 gün həbs qətimkan tədbiri seçib.

Bəxtiyar Hacıyev barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə cinayət işi açılıb.

Hacıyev məhkəmədəki çıxışında irəli sürülən ittihamları qəbul etməyib, siyasi fəaliyyətinə, o cümlədən beynəlxalq forumlarda hakimiyyəti tənqid etdiyinə görə təqib olunduğunu bildirib. Belə ki, Hacıyevin həbsi dekabrın 7-də Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Formunun Praqada keçirilən illik Assambleyasında iştirakdan sonraya təsadüf edir.

Yerli və beynəlxalq təşkilatlar Bəxtiyar Hacıyevin həbsinə görə Azərbaycan siyasi hakimiyyətini qınayan bəyanatlarla çıxış edib.

Rəsmi Bakı Bəxtiyar Hacıyevin həbsi ilə bağlı yerli və beynəlxalq reaksiyalara hələ münasibət bildirməyib. Bununla yanaşı, Azərbaycan hakimiyyəti bir qayda olaraq belə bəyanatları qəbul etmir və qərəzli hesab edir.

Dekabrın 15-də Bakı Apellyasiya Məhkəməsi hakim Zəki Babayevin sədrliyi ilə Bəxtiyar Hacıyevin həbsindən verilmiş apellyasiya şikayətini təmin etməyib.

Məhkəmədə Bəxtiyar Hacıyev etiraz olaraq müddətsiz aclıq aksiyasına başladığını elan edib.

Mövzuya uyğun

Dünyaya Baxış

Dünyaya Baxış. Heyvan haqları fəalı Kamran Məmmədli COP29 tədbiri zamanı saxlanılıb
please wait

No media source currently available

0:00 0:10:32 0:00
XS
SM
MD
LG