Accessibility links

Deputat Cavid Osmanov və ictimai fəal Bəxtiyar Hacıyev 14 may yürüşü haqda


Deputat Cavid Osmanov cümə Milli Məclisdən çıxış edərək xarici fondların Azərbaycanda sabitliyi pozmağı planlaşdırdığını iddia etdi. O, fəallar və jurnalistlərin 14 may yürüşünü bununla əlaqələndirdi.

"Bügünlərdə hansısa bir xırda məişət problemini möhkəm qabardaraq çalışırlar ki, ölkəmizdə əldə olunmuş çox böyük əhəmiyətli ictimai-siyasi sabitliyə bir zərər vursunlar, eyni zamanda bununla bir teatr səhnəsi düzəldərək, Azərbaycanın dünyada artan nüfuzuna və hörmətinə xələl gətirsinlər. Bunun üçün müəyyən mənada bəzi ermənipərəst fondlar tərəfindən qrantlar da ayrılmışdır. Və qrantların tərkib hissəsi olaraq may ayı üçün də təcili qrantların ayrılması həyata keçirilir. Və bunun nəticəsi olaraq sabah, ayın 14-ə Bakı şəhərində, o cümlədən ayrı-ayrı regionlarda dayanmadan məhz qarşıdırumalar yaratmaq üçün müxtəlif çağırışlar da edirlər.

Bunun Azərbaycanda həyata keçirilməsi üçün də 5-ci kolondan çox ciddi istifadə edirlər. Və bir daha qeyd edirəm ki, ölkəmizin artan nüfuzuna bununla da radikal düşüncəli müxalifət qüvvələr bir qarşırdurma yaradaraq, ictimai siyasi sabitliyi pozmağa çalışırlar.”

İctimai fəal Bəxtiyar Hacıyevin deputatın iddialarına münasibətini öyrəndik.

"İstər iqtidar yönümlü medianın, istərsə parlamentin son açıqlamaları, parlamentdəki deputatların son açıqlamaları onu göstərir ki, Azərbaycan hakimiyyəti bizim keçirmək istədiyimiz aksiyadan kifayət qədər narahatdır. Və bütün cəhdlər ona yönəlib ki, ictimaiyyətdə belə bir fikir yaratsınlar ki, bu cəmiyyətin tələbi deyil, hansısa xarici qüvvələrin tələbidir, o cümlədən Qərb donorlarının və yaxud da ki, ermənipərəst qüvvələrin və yaxud da ki “düşmən dəyirmanına su tökənlərin”. Amma biz bu çıxışları çoxdan görmüşük, dəfələrlə eşitmişik. Bizim üçün yenilik deyil, YAP-ın köhnə adətidir. Yeni Azərbaycan Partiyası əgər Azərbaycandakı ictimai-siyasi sabitliyi pozmağı özünə, belə deyək, hədəf seçmiş insanları araşdırmaq istəyirsə, mənə qarşı törədilmiş cinayəti, jurnalist Aytən Məmmədovaya qarşı törədilmiş cinayəti, qətlə yetirilmiş jurnalisti və ondan əvvəl Tofiq Yaqublunu döyən şəxsləri araşdırsın və onları cəzalandırsın, onların arxasında axtarsın."

XS
SM
MD
LG